Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir icra başçıları ilə bağlı Prezidentin köməkçisinə şikayət etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevə şikayət edib

PİA.az bildirir ki, bu barədə Demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, nazir Sahil Babayev rəhbərlik etdiyi sahədə mövcud olan nöqsanların aradan qaldırılması üçün Prezidentin köməkçisi Zeynal Nağdəliyevdən dəstək istəyib.

Nazir bu sahədəki nöqsanların aradan qaldırılmasına icra başçılarının əngəllər yaratdığını söyləyərək, Prezidentin köməkçisinə şikayət edib.

Sahil Babayev şikayətində qeyd edib ki, bir sıra İcra Hakimiyyəti rəsmiləri ayrı-ayrı vətəndaşları işə götürmək adı ilə məşğulluğa cəlb edərək, onların adına olan maaş kartlarını özlərində saxlayır.

Daha sonra isə həmin vəsaitləri mənimsəyirlər. Nəticədə sözügedən vətəndaşlar sənəd üzərində işlə təmin edilmiş kimi göstərilsə də, ancaq faktiki olaraq işsiz qalırlar.

Həmçinin, nazir bir sıra İcra Hakimiyyəti başçılarının yerlərdə sosial müdafiə sahəsinə yersiz müdaxilələr etmələrindən də şikayətlənib.

Prezidentin köməkçisi Zeynal Nağdəliyev isə sadalanan problemlərin həllində üzərinə düşən köməkliyi göstərəcəyini bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar