Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir hava şəraitinin pisləşməsi ilə əlaqədar bütün qurumlara tapşırıq verib

Ramin Quluzadə hava şəraitinin pisləşməsi ilə əlaqədar bütün qurumlara tapşırıq verib...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və qurumları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq fevralın 10-nu gündüzədək hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi, temperaturun 15-18 dərəcə aşağı enəcəyi və yağıntının intensiv olacağı ilə bağlı 07 fevral 2020-ci il tarixli xəbərdarlığı ilə əlaqədar gücləndirilmiş iş rejiminə başlayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Ramin Quluzadə telekommunikasiya, poçt və nəqliyyat xidmətlərinin fasiləsizliyinin və dayanıqlılığının təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi, mal-material ehtiyatlarının yaradılması, qida qurğularının normal işinin təmin edilməsi və təhlükəsizlik tədbirlərinə ciddi riayət ediləməsi ilə bağlı nazirliyin bütün qurumlarına göstəriş verib.

Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görülməsi tapşırılıb.

Əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

pia.az


Etiket: Ramin Quluzadə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar