Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: “Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələyə daxil olub

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniyada 55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş iclasda iştirak edib

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir çıxışında dünyada təhlükəsizliyin təminatında enerji təhlükəsizliyinin artan rolundan bəhs edib, Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə, davamlı inkişafa xidmət enerji siyasəti, neft-qaz layihələrindən danışıb.

O, 7 ölkə və çoxsaylı şirkətlərin iştirakı ilə reallaşdırılan "Cənub Qaz Dəhlizi"nin icrasının yekun mərhələyə daxil olduğunu bildirib və layihənin dünyanın enerji xəritəsini yenidən formalaşdıran strateji əhəmiyyətini diqqətə çatdırıb: "Cənub Qaz Dəhlizi" hazırda dünya enerji təhlükəsizliyi sisteminə şaxələnməni mənbə və marşrutun hər biri üzrə təqdim edən ilk real layihədir. Bu layihə enerji təhlükəsizliyi baxımından həssas region sayılan Cənub Şərqi Avropa bazarına istiqamətlənsə də, gələcəkdə daha çox Avropa ölkələrini əhatə etmək perspektivinə malikdir. Bu isə onu göstərir ki, "Cənub Qaz Dəhlizi"nin inkişafı ilə Avropada enerji təhlükəsizliyi daha geniş miqyasda təmin ediləcək."

Nazir həmçinin Bakıda fevralın 20-də keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı və bu formatda müzakirələrin enerji təhlükəsizliyinə töhfələri barədə məlumat verib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik konfransı 1963-cü ildən beynəlxalq müzakirə forumu kimi dünyada təhlükəsizliyə və sabitliyə töhfə verir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar