Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir beynəlxalq vebinar iştirakçılarına Ermənistanın hərbi təxribatları barədə məlumat verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun (BVF) təşkilatçılığı ilə “Orta Şərq və Mərkəzi Asiya regionunda inklüziv inkişaf üçün sosial xərclərin rolu” mövzusunda keçirilən beynəlxalq vebinarda iştirak edib.

Karnegi Orta Şərq Mərkəzinin direktoru Maha Yahyanın moderatorluğu, BVF-nun İdarəedici direktor müavini Antoinette Sayehin və BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Rola Daştinin iştirakı ilə keçirilən vebinarda S.Babayev son günlərdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən növbəti hərbi təxribatla bağlı məlumat verib.

Ermənistanın ağır artilleriya silahlarından Azərbaycan silahlı qüvvələrinin mövqelərini, cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi atəşə tutduğunu, nəticədə mülki şəxslərimizin, hərbi qulluqçularımızın həlak olduğunu deyib. Nazir bildirib ki, Azərbaycan ordusu düşmənə cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir, öz ərazilərində suveren hüquqlarını bərpa edir, təmas xəttini mülki əhalinin məskunlaşdığı yaşayış massivlərindən uzaqlaşdırır.

S.Babayev Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq artıq 30 ilə yaxındır Azərbaycanın 20 faiz ərazisini işğalı altında saxladığını, bu işğal nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkünün olduğunu deyib. Münaqişənin yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməli olduğunu bildirib.

Nazir Prezident İlham Əliyevin siyasətinin əsas xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayıb. Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində apardığı işləri diqqətə çatdırıb. S.Babayev COVİD-19 pandemiyası dövründə Azərbaycan hökuməti tərəfindən reallaşdırılan, əhalinin təqribən 50 faizini əhatə edən ciddi sosial dəstək tədbirlərini qeyd edib. Ölkədə aparılan sosial islahatlar, büdcə xərclərinin optimallaşdırılması, aktiv məşğulluq və sosial müdafiə proqramlarının, kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi işləri, idarəetmənin təkmilləşdirilməsi tədbirləri barədə məlumat verib.

Vebinarda nazir sualları da cavablandırıb. Vebinar zamanı mövzu ilə bağlı müzakirələr aparılıb.

pia.az


Etiket: Sahil Babayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar