Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: "BDU-da dövlət hesabına oxuyan tələbələrin sayında 1110 nəfər artım var"

"Azərbaycan dövləti təhsilin əlçatanlığı, əhatəliliyinin artırılması istiqamətində sistemli tədbirlər həyata keçirir"...

Bunu Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə dövlət tərəfindən Azərbaycan ali təhsil müəssisələrində dövlət sifarişi hesabına oxuyan tələbələrin sayı 2018-ci illə müqayisədə 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılıb: "Yalnız Bakı Dövlət Universitetində 2018-ci ildə bakalavriat və magistratura səviyyəsində dövlət hesabına 2713 nəfər tələbə qəbul olunmuşdusa, 2019-2020-ci akademik ili üçün bu rəqəm 3823 nəfər təşkil edib. Başqa sözlə, yalnız 1 il ərzində BDU-da dövlət hesabına oxuyan tələbələrin sayında 1110 nəfər artım var. Eyni zamanda 2019-cu ildə akademik göstəricilərə çox ciddi təsir edən amil 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğlərinin orta hesabla 20 faiz artırılmasıdır. Həmçinin dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə qərar qəbul edilib. Həmin qərarda növbəti müddətlər üçün də çox konkret, spesifik hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz tələbə təqaüd alacaq, növbəti illərdə isə ən azı 50 faiz tələbənin təqaüd alması gözlənilir”.

Nazir bildirib ki, müəyyən kateqoriyalı, sosial cəhətdən qayğıya, dəstəyə ehtiyacı olan insanlar akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malikdirlər: "Bu kateqoriyadan I və II qrup əlil olan şəxslərin 2019-cu ildə akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüquqları təsbit edilib. Yalnız bu dəyişiklik hesabına 2000-dən artıq azərbaycanlı tələbə dövlət hesabına təhsil almaq hüququ qazanıb”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar