Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: Balıq ovu kəskin azalıb

Aparılan aqrar islahatlar nəticəsində müxtəlif növ kənd təsərrüfatı istehsalı məhsullarının həcmi artıb..

Ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə olaraq son illərdə meşə fondu sahələrində fındıq, qoz, şabalıd kimi ixracyönümlü aqromeşə massivlərinin yaradılmasına start verilib.

PİA.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsinə özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi seminarında deyib.

O bildirib ki, bu, ekoloji təmiz məhsulların yaxşılaşdırılmasına gətirib çıxarır.

“Həmçinin, ölkənin əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. Bu məqsədlə arıçılığın gələcək inkişafına təkan vermək üçün nektar verən ağacların əkilməsinə üstünlük verilir.

FAO-nun dəstəyilə hazırlanmış Milli Meşə Proqramında arıçılığın inkişafı nəzərə alınıb. Bu tədbirlər ölkənin bal təminatını artırır”.

Onun sözlərinə görə, vacib amillərdən biri də əhalinin balıq və digər su resursları ilə təminatıdır:

FAO və digər beylnəlxalq təşkilatların müşahidələrinə əsasən, dünyada balıq ovu kəskin azalıb. Əvəzində isə son 15-20 ildə əmtəə və akvokultura məhsullarının ümumi həcmi durmadan artır. Balıq növlərinin yetişdirilməsi əhalinin qida təminatında vacib yerlərdən birini tutur”, - deyə M.Babayev əlavə edib.

pia.az


Etiket: balıq ovu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar