Cümə, 24 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Nazir: “Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik məsələləri üzrə dialoq keçiriləcək”

Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik məsələləri üzrə dialoq keçiriləcək...

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov latviyalı həmkarı Edqar Rinkeviçslə Riqada görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dialoqun gələn həftə Bakıda keçirilməsi planlaşdırılır: “Dialoq çərçivəsində təhlükəsizlik sahəsinə aid ən müxtəlif məsələlərə dair geniş məsləhətləşmələr aparılacaq”.

Azərbaycan XİN başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün Latviyaya təşəkkür edib.

E. Məmmədyarov Latviya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinin zərurətindən danışıb, ölkələr arasında iqtisadi, mədəni, elmi və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunub.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar