Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: “Azərbaycanda təbii artım göstəricisi artıb"

Bnu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev söyləyib...

“2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 20,1 faiz artaraq 2019-cu il 1 oktyabr tarixinə 10 044,5 min nəfər təşkil edib. Təbii artım göstəricisi əhalinin hər 1000 nəfərinə hesabı ilə 7,9 nəfərdən 8,4 nəfərə, doğulanların sayı 13,9 nəfərdən 14,1 nəfərədək artıb”.

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu və nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolunun imzalanma mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, ölənlərin sayı isə hər 1000 nəfər hesabı ilə 6,0 nəfərdən 5,7 nəfərədək azalıb: “Hazırda Azərbaycan AvropaMDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. 0-14 yaş qrupunda olan əhalinin payı 22,4 faiz, 15-64 yaş qrupunda 70,8 faiz, 65 yaşdan yuxarı 6,8 faiz, 15-29 yaşda olan əhali (gənclər) isə 23,3 faiz təşkil edir”.

Sosial sahədə aparılan islahatlar barədə məlumat verən nazir qeyd edib ki, bu il dövlət başçısının uğurlu sosial islahat paketləri nəticəsində minimum əmək haqqının 93 faiz, minimum pensiyanın 72 faiz, müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılıb, bu və digər sosial önəm kəsb edən tədbirlərin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub.

pia.az


Etiket: Sahil Babayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar