Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: “Azərbaycan və rus sektorlarında dərsliklər eynidir”

Azərbaycanda bütün məktəblərdə bütün standartlar və dərsliklər eynidir

“Belə bir fikirlər səsləndirilir ki, rus sektorunda təhsil alanların dərsliklərində, standartlarda müəyyən fərqliliklər var. Ancaq Azərbaycanda bütün məktəblərdə bütün standartlar və dərsliklər eynidir”.

Bunu təhsil naziri Ceyhun Bayramov "ASAN" radioya müsahibəsində deyib.

O bildirib ki, rus sektorunda təhsil alan şagirdlərin sayının artması ilə bağlı da fikirlər səsləndirilir: “Bu, belə deyil”.
Nazir qeyd edib ki, rus dilində təhsil alanların sayı ümumi təhsil sistemində Azərbaycan dilində təhsil alanların təxminən 8 faizdən bir qədər artıqdır. C. Bayramov bildirib ki, bir sıra ailələr rus dilində heç bir hazırlığı olmayan, danışmayan uşaqlarının rus dili tədris olunan məktəblərdə oxutmaq istəyir: “Onlar belə düşünürlər ki, Azərbaycan dilini bilir və həmin məktəblərdə oxumaqla xarici dil kimi rus dilini öyrənsin. Bu, çox düzgün olmayan yanaşmadır. Rus dilində təhsil alan şagirdlər rus dilini bilməlidir və izahatları anlamalıdır. Çünki, rus dilini bilməyən şagird ibtidai təhsildə geri qalacaq”.

O bildirib ki, artıq müsahibə mərhələsi başa çatıb: “Nəticədən narazı qalan valideynlər isə apellyasiya şikayəti verə bilərlər. Məndə olan məlumata görə, 100 nəfərdən bir az çox insan apellyasiya şikayəti verib. Onların 27-nin müraciətinə müsbət cavab verilib”. (ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar