PİA.az şair Nazim Əhmıdlinin iki min iyirminci il şerini oxuculara təqdim edir...
diksinirəm qəfil səsə,
bilmirəm nə səsdi, gəlir;
elə bil dağlar od tutub,
üstümüzə tüstü gəlir;
yay dartılır, ox da vurur,
naşı suya taxta vurur;
qışda bizi şaxta vurur,
yay qayıdır, isti gəlir;
gəl, ağı qaradan ayır,
yerdən duran yalan yayır;
hələ gör fələk nə sayır,
dərd dumanlı-sisdi gəlir;
gecə ağır, gündüz ağır,
buludlardan zəhər yağır;
sağlam adam evdən çıxır,
qayıdanda xəstə gəlir;
bu bahar qardan asıldı,
ruhumuz dardan asıldı;
eh, hələ bu harasıdı,
ağ yalanın üstü gəlir;
dağ qarışıb, daş qarışıb,
gözdə qalan yaş qarışıb,
yaz,yay, payız, qış qarışıb,
ağrıların fəsli gəlir;
söz demədim, elə-belə,
hər şey yalan, hər şey tələ;
hələ tələsmə heykələ,
karonanın büstü gəlir.
pia.az