Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim Bəydəmirli DTX-da dindirildi

Milli Məclisin sabiq deputatı, tanınmış iş adamı, iqtisadçı Nazim Bəydəmirli “Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib.

PİA.az-ın məlumatına görə, o, bildirib ki, üç saat ərzində üzləşdiyi qanunsuzluqlarla bağlı adıçəkilən qurumun vəzifəli şəxslərinə məlumat verdiyini deyib:

“DTX-da mənə göstərilən diqqətdən bir vətəndaş kimi çox razı qaldım. Hesab edirəm ki, bütün hüquq-mühafizə orqanlarında sahibkarlarla, vətəndaşlarla belə rəftar edilməli, onların problemlərinə həssaslıqla yanaşılmalıdır”.

İş adamı 2012-ci ildə R.Məmmədov tərəfindən sahibi olduğu “Atahan Dəmir Sənaye” müəssisəsinin fəaliyyətinin dayandırıldığını və nəticədə 5 milyon manatdan artıq ziyana düşdüyünü bildirib.

“Qoçu dəstəi ilə hücum çəkib əmlakımızı dağıdıblar, kameraları sındırıblar və mənin telefonumu əlimdən alıblar. Bütün bunlar yerli mətbuatın gözü qarşısında baş verib” – deyə, iş adamı vurğulayıb.

Bəydəmirli DTX-ya müraciət edərək, cinayət işi üzrə zərərçəkmiş qismində ifadə vermək istədiyini bildirib. O, mətbuata açıqlamasında deyib ki, uzun müddətdir, onun şikayətləri araşdırılmayıb: “Çünki o törətdiyi qanunsuzluqları yüksək vəzifələrdə çalışan məmurların adı ilə edirdi. Mən o zaman, Rasim Məmmədova dedim ki, Afrikaya köçsə də əlimdən alınana əmlakımın və pulumun arxasından gedəcəyəm. Çünki mən onu halal yolla qazanmışam. Ölkə rəhbərliyi də məni halal, dürüst iş adamı kimi tanıyır”.

Xatırladaq ki, Rasim Məmmədov fevralın 3-də DTX tərəfindən həbs edilib. Qurumun yaydığı məlumatda qeyd olunur ki, R. Məmmədov satış üzrə “Baku Steel Company” MMC-yə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(Gununsesi.info)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar