Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbəyov Putinə örnək göstərdi: Moskvada Qazaxıstan liderinin gedişini diqqətlə analiz edirlər

Aleksandr Baunov

Foreign Policy (ABŞ), 24.03.2019

RusiyaQazaxıstanın oxşarlıqları çoxdur. Bəs niyə onların prezidentlərinin siyasi hakimiyyəti ötürmək planları fərqlənməlidir? Qazaxıstanın 78 yaşlı prezidenti Nursultan Nazarbayev martın 19-da dövlət başçısı səlahiyyətlərini yerə qoyduğunu bildirib. O, respublikaya, demək olar, 30 il başçılıq edib – bu, bölgə ölkələri başçılarının içində ən uzun müddətdir. O, prezident postundan gedərək, ancaq hakimiyyətin bir neçə rıçaqını özündə saxlamaqla siyasi hakimiyyəti sovetsonrası dövlətlərə xas yolla ötürməyə çalışır. Bu sınağı təkcə Qazaxıstanda deyil, həm də Rusiyada diqqətlə izləyəcəklər.

Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının son dərəcə nüfuzlu sədri vəzifəsini və “millət lideri” fəxri titulunu özündə saxlayıb. Bu titulun rəmzi mənası Qazaxıstan paytaxtı Astananın Nur-Sultan adlandırılması haqda martın 20-də elan edilmiş qərarda əksini tapıb.

Belə bir sxem Rusiya prezidenti Vladimir Putin üçün variantlardan biri kimi Moskvada da müzakirə olunur. Rusiya konstitusiyası Putini dördüncü müddət 2024-cü ildə bitdikdən sonra prezident postunu tərk etməyə vadar edir, amma o, hakimiyyət dəhlizini tam tərk etmək istəmir. İndi Kremlin Rusiyadakı son dərəcə oxşar, nəzarət edilən şəraitdə hakimiyyətin ötürülməsi prosesini müşahidə etməyə əla imkanı var. Qazaxıstan və Rusiya, sadəcə, qonşu deyil, həm də bir-birinə çox bənzəyir.

RusiyaQazaxıstan iqtisadiyyatlarının strukturu və hətta adambaşına ÜDM gəliri eynidir, bu isə bildirir ki, bu iki ölkə vətəndaşlarının rifah, istehlak səviyyəsi və şikayətləri müqayisəyə gələndir. Siyasi rejimlər də çox oxşardır. Qazaxıstan üçün dövlətin daha sərt nəzarəti xasdır – Rusiya bu mənada bir qədər azad görünür – amma hər iki ölkə elektoral avtoritarizmi təmsil edir – bu çərçivədə dövlət başçısının legitimliyi çoxpartiyalı, amma qeyri-rəqabətli seçkilərlə təmin olunur. Qazaxıstan da, Rusiya da rəsmi “Avrasiya” ideologiyasının həm Avropa, həm də “ənənəvi”, mühafizəkar prinsipləri özündə birləşdirən çoxmillətli və çoxdinli cəmiyyətlərdir. Hər iki ölkənin hökuməti azad KİV-lərin balaca adacıqlarına və internetdə azad diskussiyalara səbirlə yanaşır.

Kreml sıradakı illər boyunca millət liderinin qeyri-formal hakimiyyətini və prezident postunu – bu hakimiyyətin gerçəkləşdirilməsi üçün əsas aləti – bölərkən praktikada nə baş verəcəyini müşahidə edə bilər. Təsəvvür edin ki, Rusiyada hakimiyyət və sərvət seyfin gözüdür, lider isə açarı əlində olan adamdır. İndi isə təsəvvür edin ki, daha bir açar düzəldilib və gözü indi iki lider aça bilər. Sistemin bölünməsindən doğan ikili nəzarət problemi də bundan ibarətdir.

Rusiya Putin Rusiya konstitusiyasının icazə verdiyi iki müddəti ard-arda başa çatdırandan sonra Dmitri Medvedyev 2008-2012-ci illərdə prezident postunu tutarkən artıq ən yuxarı səviyyədə hakimiyyətin bölünməsilə üzləşib. Amma mühüm bir fərq var: Medvedyev dövlət başçısı olanda keçmiş prezidentin bu posta qayıdacağı ehtimalı həmişə var idi. Bu gün Qazaxıstanda – və Rusiyada yaxın gələcəkdə – bu, baş verməyəcək.

Qazaxıstan prezidentinin vəzifəsini seçkilərədək respublika Senatının sədri, keçmiş xarici işlər naziri Qasım Jomart Tokayev icra edəcək, lakin az-az adam hesab edir ki, o, Nazarbayevin varisi ola bilər.

Nazarbayevin planlarına əsasən, ölkədə erkən seçkilər keçirilməyəcək, Tokayev də prezident vəzifəsini 2020-nin aprelinə, yəni Nazarbayevin prezident müddətinin formal bitiminə qədər icra edəcək. Nazarbayev bu sürəkli keçid dönəmindən – Təhlükəsizlik Şurası üzvləri arasından – uyğun varis seçmək üçün istifadə edir və tamamilə mümkündür ki, bunun kim olacağını hələlik onu özü də bilmir.

Eyni addımı atmaqda Putinə heç nə mane ola bilməz. Amma belə bir strategiya iki təhlükəni birləşdirir. Belə durumlarda hətta xalis formallıq olan seçkilər də – növbəti çarın, sadəcə, ictimai şəkildə təyin edilməsi – məna kəsb etməyə başlayır. Birincisi, seyfin gözünün ikinci açarını əldə edən – varis – son dərəcə zəif və ya az tanınan ola bilməz. Əks halda adamlar, sadəcə, ona səs verməyəcək, ya da özəl şövq olmadan səs verəcəklər. Bu isə öz növbəsində hakimiyyətin ötürülməsində bütün prosesin legitimliyini poza bilər. Avtoritarizmin daha zəif bünövrədə qurulduğu və Putinə birbaşa dəstəyin yerli seçkilərdə namizədin qələbəsinə daha zəmanət olmadığı Rusiyada özəl önəmi var.

İkincisi, adamların demokratik institutları deyil, konkret adam və vəzifələri hakimiyyət kimi tanımağa alışdıqları RusiyaQazaxıstan kimi cəmiyyətlərdə nüfuzlu vəzifə, helikopter, şəxsi mühafizə və şəhərdə şütüyən fırlanan işıqlı polis maşınları – əgər adam bu bahalı maşında prerzident postunu tutursa – özlüyündə qeyri-formal avtopritet yaradır. Rusiyada bu duruma tamamilə tətbiq edilə bilən atalar sözü var: “Qabaqca hakimiyyətə çatın, sonra sizə səs verərik”.

Medvedyevin prezident müddətinin sonuna doğru bu posta qayıtmaq Putin üçün asan vəzifə olmayıb. Elita içindəki müəyyən ikitirəlik və əhatəli küçə etirazları onun qaydışına şərait yaradıb. Qazaxıstanla bağlı halda elita içində fikir ayrılıqları tam mümkündür. Seyfin gözü metaforasına dönək – sadiq çevrə milli sərvət açarının ikinci sahibini və hakimiyyəti aralığa almalıdır, çünki bu çevrə maraqlıdır ki, açarın ikinci sahibi öz sələfini kölgədə qoyaraq əsas lider olsun.

Şübhəsiz, bu keçid dövrü beynəlxalq səhnədə öz imicini yeniləməyə çalışan Qazaxıstanın özü üçün ciddi sınaq olacaq. Keçmiş sovet respublikaları içində onun əsas rəqibləri Rusiya və Ukrayna sayılır. Bu, Avropa və Asiya arasında siyasi layihələrin, habelə demokratiya və avtoritarizmin çəkişməsidir. Bu arada Qazaxıstan Rusiya ilə də rəqabət apararaq avtoritarizmin modernləşməsini kimin daha uğurlu aparmağa qabil oduğunu aydınlaşdırmağa və ola bilsin, sovetsonarası məkanın Sinqapuru və ya Cənubi Koreyası olmağa çalışır.

Qazaxıstan bu yarışda hələlik pis nəticələr sərgiləmir: ingilisdilli universitet açıb, ümumi hüququn qüvvədə olduğu iqtisadi zona qurub, hökumət məmurlarını Qərbə təhsil almağa göndərib və kirilli latın əlifbasıya əvəzləyib. Hətta Qazaxıstana qarşı heç kim sanksiya tətbiq etməyib.

Liderin rəvan (və Asiya arşınlarınca yetərincə uzunsürən) gedişi Qazaxıstan üçün sivil və çağdaş, prezidentin 30 il sükan başında durduğu, simasını hələ də qorumağa nail olduğu ölkəyə çevrildiyini dünyaya sərgiləmək imkanıdır. Ola bilsin, Qazaxıstan hökuməti dünyaya işarə etmək istəyir ki, artıq 20 il hakimiyyətdə olan və indi qaçılmaz şəkildə cənublu qonşusundan daha çox duruş gətirən Putin hökumətindənsə o daha məsuliyyətli və vəcdə layiqdir.

Aleksandr Baunov Moskva Karnegi Mərkəzinin baş elmi əməkdaşı və Carnegie.ru saytının baş redaktorudur.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar