Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbayevin yerini tutan Kasım-Jomart Tokayev kimdir?

Qohumbazlığı sevməyən, xarici dilləri, öz dilini zəif bilən prezident

Nazarbayevin istefasından sonra Qazaxıstanda prezident kürsüsünü tutan Kasım-Jomart Kamaloviç Tokayev 1953-cü ildə Almatı şəhərində anadan olub. Tokayevin şəxsiyyət kimi formalaşmasında atasının – həyatı çətinliklərlə keçən Kamal Tokayevin böyük rolu olub. K.Tokayev 18 yaşında ikən cəbhəyə yollanıb, Böyük Vətən müharibəsinin həlledici döyüşlərində iştirak edərək yaralanıb, savaşda iştiraka görə mükafatlandırılıb.

Müharibə başa çatandan sonra Kamal Tokayev yazıçılıq etməyə başlayıb və Qazaxıstan ədəbiyyatında detektiv-macəra janrının əsasını qoyub. Onun savaş partizanlarının qəhrəmanlıqlarından, sovet milisinin cinayətkarlığa qarşı mübarizəsindən bəhs edən povest və hekayələri Sovet İttifaqında olduqca populyar olub.

K.Tokayevin bioqrafiyasının təfərrüatlarını sonradan oğlu Kasım-Jomart Tokayev müəllifi olduğu “Atam haqqında söz” kitabında yazmışdı.

Gələcək prezidentin anası Turar Şabarbayeva Almatıdakı Xarici Dillər İnstitutunda işləyirdi. Tokayevin mütaliəni sevən və yaxşı təhsilə yüksək qiymət verən intelligent ailədə böyüdüyünü əminliklə söyləmək olar.

Tokayev orta məktəbi bitirəndən sonra Moskvanın ən yaxşı universitetlərindən sayılan Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət Universitetində təhsil almağa yollanıb. Tələbə yoldaşlarının dediyinə görə, Tokayevin bütün dərslərdən qiymətləri “əla” olub. Buna baxmayaraq, o, özünü heç kimdən üstün tutmayaraq tələbə yoldaşları arasında böyük nüfuz qazanıb və onlarla bugünədək ünsiyyətdədir.

Dördüncü kursda oxuyanda Tokayevi Sovet İttifaqının Çindəki səfirliyinə təcrübə keçməyə göndəriblər. Elə həmin vaxt Ata Corc Buş və onun oğlu ilə tanış olub. Vaşinqton ata və oğul Buşu Çinə ABŞ diplomatik missiyasının işini qaydaya salmağa göndəribmiş.

Tokayev xatırlayır ki, ata Buş tennis oynamaq üçün Çin səfirliyinə gəlirdi: “Onun qeyri-rəsmi gəlişləri səfir Vasili Tolstikovun xoşuna gəlmirdi. Səfir ağır ağır təhqirlər işlədərək əməkdaşlardan “kəşfiyyatçını bəsləməməyi” tələb edirdi. Buş Pekindən qayıdandan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin olunmuşdu”.

 

Diplomunu alandan sonra Tokayevi Sinqapurdakı səfirliyə işləməyə göndəriblər. Dörd il sonra isə onu Xarici İşlər Nazirliyi aparatında işləmək üçün Moskvaya geri qaytarıblar.

1983-cü ildə – gərgin keçən 25 illik münasibətlərdən sonra Sovet İttifaqı Çinlə mütəxəssislər üçün təhsil mübadiləsinə dair razılığa gəlib. Pekin Universitetinə 10 aylıq təlimə göndərilən kiçik qrupa Tokayev də düşüb. Pekindəki təlimdən sonra Tokayev Çin dilini yüksək səviyyədə mənimsəyib. Daha sonra onu Pekindəki səfirliyə işləməyə göndəriblər. Və 1991-ci ilədək səfirlikdə müxtəlif vəzifələr tutub.

Qazaxıstan müstəqilliyini qazananda Tokayev vətənə qayıtmağa qərar verib. Ölkəsində ona dərhal xarici işlər nazirinin müavini postu təklif olunub. Gənc respublikada ixtsaslaşmış kadrlara böyük tələbat var idi, Tokayevin bilik və təcrübəsi də bu tələbatı tam ödəyirdi.

1994-cü ildə Tokayev xarici siyasət idarəsinin rəhbərliyinə gətirilib və 2007-ci ilədək bu vəzifəni tutub. Bu dövr ərzində işində fasilə verərək (1999-2002) Nazarbayevin istəyi ilə hökumətin başına keçib.

2007-ci ildə Qazaxıstan Senatının sədri seçilib. Lakin bir il sonra yenidən diplomatik fəaliyyətə qayıtmağa qərar verib və ATƏT Parlament Assambleyasının vitse-prezidenti olub.

2011-ci ildə onu BMT baş katibinin müavini təyin ediblər. Sergey Ordjonikidze (Rusiyadan olan nümayəndə) xatırlayır ki, Tokayev bu vəzifəni icra etdiyi dövrdə hər kəsin yaddaşında nəhəng siyasi xadim kimi iz buraxıb.

BMT-də baş katibin müavini postunu ona təhvil verəndə mənə çox maraqlı suallar verdi. Soruşmadı ki, kabinetim hansıdır. Mənə çox vacib məqamlarla bağlı suallar ünvanladı, – deyə Ordjonikidze xatırlayır.

Onun sözlərinə görə, Tokayev danışıqları çox məharətlə aparır, diplomatik bacarıqlarını ustalıqla işə salır, qeyri-rəsmi tədbirlərdə isə yaxşı sağlıq deyir və anektod danışırdı.

Tokayev beynəlxalq əlaqələr üzrə pəşəkar kadrdır. Rus, ingilis və Çin dilində sərbəst, Fransız dilində orta səviyyədə danışır. Maraqlıdır ki, Tokayev doğma dilində zəif danışır və bu səbəbdən dəfələrlə millətçi siyasətçilər tərəfindən tənqidlərə məruz qalıb.

2013-cü ilin oktyabrında Tokayev Qazaxıstan parlamentinin yuxarı palatasının sədri olub və prezident postunu tutana qədər bu vəzifədə çalışıb. Görünür, Nazarbayevin seçiminin Tokayev olması onun məhz işgüzar və şəxsi keyfiyyətləri ilə bağlı olub.

 

Qazaxıstanın müstəqilliyinin ilk günlərindən Tokayev mənim yanımda işləyib. Onu yaxşı tanıyıram. Dürüst, məsuliyyətli insandır. Ölkə daxilində aparılan siyasəti tam dəstəkləyir. Bütün proqramlar onun iştirakı ilə hazırlanıb və qəbul olunub. Əminəm ki, Tokayev Qazaxıstanın idarəetməsini etibar edəcəyimiz adamdır”, – deyə Nazarbayev Tokayevi xarakterizə edib.

Qazaxıstanın yeni başçısının ailəsi haqda az məlumat var. Yalnız o məlumdur ki, Tokayev ailəlidir, həyat yoldaşının da adı Nadejda Davıdovnadır. Cütlüyün Timur adlı oğlu var. 35 yaşlı Timurun neft biznesi ilə məşğul olduğu deyilir.

Timur Tokayev 2008-ci ildə babası K.Tokayevin adına xeyriyyə fondu təsis edib. 2009-cu ildə politologiya üzrə namizədlik dissertasiyası müdafiə edib. İki il sonra isə müəllifliyi ilə “Qazaxıstan Respublikasının xarici siyasət prioritetləri” adlı kitabı işıq üzü görüb.

Tanıyanlar deyir ki, yeni prezident Tokayev insanları qohumluq əlaqələrinə görə deyil, şəxsi keyfiyyətləri və bacarıqlarına görə dəyərləndirir. Ona görə də onun onun qohumlarını hansısa postlara gətirəcəyi inandırıcı deyil.

Kasım-Jomart bütün ömrünü peşəkar bilik və bacarıqlarını artırmağa həsr edib. O, ayrı-ayrı ölkələrin universitetlərinin fəxri professoru, doqquz monoqrafiya müəllifidir.

Qazaxıstan lideri futbola baxmağı sevir, hər səhər gününü trenajor zalında başlayır…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar