Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbayevdən sonrakı Qazaxıstan: Şəxsiyyətinə pərəstiş edilən millətin lideri tarixdə necə qalacaq?

Nargis Kassenova

“Project Synicate”, 21.03.2019

Martın 19-da müstəqil Qazaxıstana bəlli olan yeganə prezident, Nursultan Nazarbayev təxminən 30 illik mütləq hakimiyyətdən sonra istefasını elan edib. Televiziyada çıxış edən Nazarbayev ölkənin nailiyyətlərini yüksək qiymətləndirib və cavanları parlaq gələcək qurmağa çağırıb.

Ancaq bu, vida deyildi, çünki Nazarbayev siyasi səhnədən çıxmadığını söyləyib. Odur ki, indi Qazaxıstanın aqibəti ilə bağlı suallar yaranır.

Nazarbayevin istefası sürpriz olsa da, onun siyasətdə qalacağı yenilik deyil. Bundan əvvəl, o, Birinci Prezident (2000), Millətin lideri (2010) və 2017-ci ildə “Elbaşı” titullarını alıb. “Tarixi missiyası”na görə ona dövlət quruculuğu, daxili və xarici siyasət, habelə milli təhlükəsizliyə dair təşəbbüslər irəli sürmək üçün ömürlük hüquq verilib. Bundan əlavə, Qazaxıstan dövlət orqanları Nazarbayevin təkliflərini nəzərdən keçirmək məcburiyyətindədirlər.

“Birinci Prezident” həm də Qazaxıstan Xalqı Məclisi və 2018-ci ildə statusu məsləhət qurumundan konstitusiya orqanına qədər yüksəldilən Təhlükəsizlik Şurasına rəhbərlik edir və Konstitusiya Şurasının üzvüdür.

Nazarbayev ailəsinin var-dövləti və bank hesablarına da tam toxunulmazlıq verilib. Bundan əlavə, o, hakim “Nur Otan” Partiyasının sədridir.

Bu “evdən çıxmadan evdən gediş” Sinqapurun qurucusu Li Kuan Yunun yarımistefasına bənzəyir və 1999-cu ildə müstəqil Rusiyanın ilk prezidenti Boris Yeltsinin siyasi təqaüdə çıxmasınadan fərqlənir.

Sinqapur həmişə Nazarbayev üçün böyük ilham mənbəyi olub, o, Lini daim tərifləyib. Evdə və xaricdə nüfuz və hörmət sahibi olan Li avtoritarlığı yaxşı görünən liderlərin qısa siyahısına başçılıq edir.

Nazarbayev böyük dövlət adamı olmaq üçün Linin yolu ilə getmək və digər avtoritar rəhbərlərin aqibətindən qaçmaq istəyir. Çünki hakimiyyətin kövrəkliyini yaxşı bilir. Sovet İttifaqının çökməsi ilə o, Qazaxıstanın lideri olub və dünyanın dörd bir yanında avtoritar oxşarlarının süqutunu gözləri ilə görüb.

Buna görə də, yeni Qazaxıstan liderlərinə etibar edilməsi və özünə güvən çətin qərardır. Nazarbayevin iqtidarı, Li ilə müqayisədə, korrupsiya qalmaqalları ilə ləkələnib və on il əvvəl kürəkəni dövlət çevrilişinə cəhd edərkən, ailə xəyanəti ilə üzləşib.

Şəxsi təhlükəsizliyinə əlavə olaraq, Nazarbayev dövlət xadimi və qurucu ata kimi irsini təmin etməyə can atır. Bu iki hədəfi balanslaşdırmaq asan olmayacaq. Status-kvonun saxlanılması, sərt siyasi və iqtisadi nəzarət təhlükəsizliyini təmin edə bilər. Digər tərəfdən, irsini qorumaqla yanaşı, gələcək inkişafı və rifahı artıran islahatlara ehtiyac duyacaq. Daxili problemlər, daha təhlükəli və gözlənilməz beynəlxalq mühit bu problemlərə əlavədir.

Nazarbayevin post-prezidentliyinə hazırlıq istefasının uzunmüddətli strategiyanın bir hissəsidir. Qazaxıstan konstitusiyasında nəzərdə tutulduğu kimi, Senatın spikeri, Nazarbayevin tərəfdarı Kasım-Jomart Tokayev 2020-ci ilədək prezident əvəzidir. Onun qızı Dariqa Nazarbayeva Senatın yeni spikeri seçilib.

Bundan sonrakı vəziyyətə dair az ipucu olsa da, dedi-qodularda üç mövzuya diqqət yetirilir: siyasi iqtidarda əlaqələr, ictimai narazılıq və Nazarbayevin şəxsiyyətinə pərəstiş.

Nazarbayev Sinqapur üslublu texnokratik idarəetmə və feodal sədaqəti birləşdirən siyasi sistem qurub. Doğrudur, Qazaxıstan peşəkar dövlətin inkişafında bir sıra irəliləyişlər əldə edib. Lakin Lidən fərqli olaraq, Nazarbayev, rəqabət qabiliyyəli siyasi partiyalar sistemi və ya müstəqil məhkəmə kimi güclü qurumları qurmayıb. Bu, siyasi keçid xüsusilə çətin olacaq, çünki qurumlar yol boyunca yaradılmalıdır.

Hakimiyyətin müəyyən de-mərkəzsizləşməsi qaçılmaz görünür. Hazırda mövcud olan yüksək səviyyəli prezident sistemi sabit qalmazsa, Nazarbayev və onun varisi yəqin ki, duopoliyanı qoruyacaq. Amma əgər yeni prezident iqtidarını kifayət qədər gücləndirə bilməzsə, fərqli imkana malikdirsə, güclü tərəflər arasında bir çox iddialılar ortaya çıxacaq. Bu ssenaridə hətta Nazarbayev ortaya çıxan qarşıdurmalara nəzarət edə bilməyəcək.

Bu kontekstdə son vaxtlar baş verən və davam edən etirazlar daha sonra ciddi itkilərin başlanğıcı ola bilər. Demokratiya üçün açıq tələblər olmadığı halda, ictimai ədalətsizliklərdən narazılığın artması müşahidə olunur. Bununla yanaşı, Qazaxıstanda hazırda xalqın narazılığını aradan qaldırmaq üçün heç bir mexanizm yoxdur.

Nəhayət, Lidən fərqli olaraq, Nazarbayev öz şəxsiyyətinə pərəstişi təbliğ etməyə başlayıb. Məmurlar və sıravi vətəndaşlar prezidentin dahiliyi, müdrikliyi, sədaqəti və digər keyfiyyətlərini tərifləyirlər. Ölkə daxilində ona abidələr ucaldılır. Ən qabaqcıl universitet və məktəblər, Almatının mərkəzi prospekti və paytaxt Astananın hava limanı istefasından əvvəl onun adını daşıyıb.

Pərəstiş daha da güclənir. Martın 20-də Qazaxıstan parlamenti paytaxtın adını dəyişməyə səs verib (səsvermə prosedurunun konstitusiyaya tam uyğun olub-olmadığın kənara qoyuruq) və bir çox şəhərdə Nazarbayevin istefasından sonra mərkəzi küçələrin adları dəyişdirilib. Bu, əhalinin bəzi sektorları arasında narahatlıq doğurur, hökumət bunu görməlidir.

Kult ehtimal ki zamanla yumşalacaq. Ancaq Nazarbayevi Qazaxıstanın müstəqilliyindən ayırmaq qeyri-mümkündür (və ədalətsizdir). Buna görə də, Nazarbayevin istefası Qazaxıstan üçün mühüm nöqtədir. O, dərin və gözlənilməz bir dəyişmə dövründə hakimiyyətə gəlib və yarıyolda meydandan çıxması da gözlənilməz nəticələrə səbəb ola bilər.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar