Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanın Türkiyə ilə quru sərhədinin bağlanmasının hansısa əsas vardımı?

Əgər problem doğrudan da pandemiya ilə bağlıdırsa, onda Nazirlər Kabineti pandemiyanın ən pik vaxtında belə Sədərək keçidinin bağlanmamasını nəylə izah bilər?.. Ümumiyyətlə Nazirlər Kabinetinin bu absurd qərarının arxasında hansı məqsəd dura bilər?..

AĞ Partiyanın sədri: “Naxçıvan yolunun bağlanması hökümətin günahıdır. Hesab etmirəm ki, burda Naxçıvan rəhbərliyinin hansısa günahı var. Əgər iqtidar sərhədlərin qapanmasını istəyirdisə, niyə pandemiyanın ən pik nöqtəsində Sədərək keçidini bağlamamışdı? Burda aydın olmayan sualalr var və Nazirlər Kabineti bu sualalra aydınlıq gətirməlidir”.

“Son zamanlar sərhədlərin qapalı olması ilə bağlı probelm ən aktual məsələdir və quru sərhədlərin açılması sosial tələbdir. İnsanların böyük əksəriyyəti pandemiyaya görə bağlanmış sərhədlərin artıq açılmasını tələb edirlər və bu sərhədlərin bağlı saxlanılması üçün heç bir əsas yoxdur. Amma qəribədir ki, xalq digər quru sərhədlərin açılmasını tələb etdiyi bir zamanda yeganə açıq qapı olan Naxçıvan-Türkiyə və Naxçıvan-İran sərhədləri də bağlandı”.

Bu sözləri AĞ Partiyanın sədri Tural Abbaslı Naxçıvanın Türkiyə ilə quru sərhədinin bağlanmasını PİA.az-a şərh edərkən qeyd edib.

Naxçıvanın Türkiyə ilə quru sərhədinin bağlanması ciddi narazılığa səbəb olub və bu narazılıq sosial şəbəkələrdə özünü açıq şəkildə biruzə verir. Naxçıvanda məsul vəzifə tutan şəxslər baş verənlərə görə sosial şəbəklərdə Bakını günahlandırırlar və hiss olunur ki, bu təbliğat bir əldən idarə olunur. Onlara görə sərhədin bağlanması ancaq AZAL-ın maraqlarına görə Bakıdakı məmirların fəaliyyəti ilə bağlıdır.

Qeyd edək ki, uzun müddətdir ki, Azərbaycanın Rusiya və Gürcüstanla, həmçinin İranla sərhədlərinin açılması ilə bağlı ictimai tələb gündəmdən düşmür. Bu tələbə heç bir reaksiya verməyən Nazirlər Kabinetinin Naxçıvanın quru sərhədinin də bağlanması haqda qərar verməsi heç cür anlaşılmır. Nazirlər Kabineti özü də bu qərarını şərh etmir. Əgər problem doğrudan da pandemiya ilə bağlıdırsa, onda Nazirlər Kabineti pandemiyanın ən pik vaxtında belə Sədərək keçidinin bağlanmamasını nəylə izah bilər? Və hazırda bütün ölkədə pandemiya qadağalarının demək olar ki, ortadan qalxdığı bir şəraitdə Naxçıvanın quru sərhədinin bağlanması hardan və necə ortaya çıxıb?

Ümumiyyətlə Naxçıvanın Türkiyə ilə quru sərhədinin bağlanması üçün hansısa əsas vardımı və Azərbaycan Nazirlər Kabinetinin bu absurd qərarının arxasında hansı məqsəd dura bilər? Bunda daha çox Bakının, yoxsa Naxçıvan rəhbərliyinin günahı var?

Mövznu PİA.az-ın əməkdaşı AĞ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edib.

Tural Abbaslı: “Hakimiyyətin daxilində çəkişmə varsa, bunu özləri bilərlər. Biz iqtidara eyni gözlə baxırıq və bu addımı iqtidarın yalnışı kimi qiymətləndiririk. Çünki bu qərardan on minlərlə və bəlkə də yüz minlərlə insan əziyyət çəkir”.

Həmin sərhəd bölgələrində yaşayan bir çox rayonların sosial durumunun sərhədlərin açıq olmasından asılı olduğunu xatırladan partiya sədri PİA.az-a bildirib ki, ölkədəki müxalifət partiyaların hamısı bütün quru sərhədlərinin açılmasını tələb edir:

“Son zamanlar sərhədlərin qapalı olması ilə bağlı probelm ən aktual məsələdir və quru sərhədlərin açılması sosial tələbdir. İnsanların böyük əksəriyyəti pandemiyaya görə bağlanmış sərhədlərin artıq açılmasını tələb edirlər və bu sərhədlərin bağlı saxlanılması üçün heç bir əsas yoxdur. Amma qəribədir ki, xalq digər sərhədlərin açılmasını tələb etdiyi bir zamanda yeganə açıq qapı olan Naxçıvan-Türkiyə və Naxçıvan-İran sərhədləri də bağlandı. Düşünürəm ki, bu sırf AZAL-ın bilet satışını təmin etmək üçün atılan addımdır. Çünki daha kasıb əhali Naxçıvana uçur, ordan da Türkiyəyə gedirdi. Nazirlər Kabineti bu qərarı ilə sadəcə olaraq kasıb əhalinin Türkiyəyə quru yolla getmək imkanlarını bağladı. Üstəlik onsuzda kasıb və sosial problemlərdən əziyyət çəkən Naxçıvan əhalisinin vəziyyətini daha da ağırlaşdırdı. Yəni Nazirlər Kabinetinin bu qərarının pandemiya və digər siyasi proseslərlə heç bir əlaqəsi yoxdur. Sadəcə kimlərsə, nə qədər çox qazansa da, ziyanla işləyən AZAL-ın daha çox qazanması üçün bu addımın atılmasını təmin edib.

Ona görə də hesab edirəm ki, Naxçıvandan Türkiyəyə quru yolun bağlanması birbaşa hökümətin günahıdır. Hesab etmirəm ki, burda Naxçıvan rəhbərliyinin hansısa günahı var. Əgər iqtidar sərhədlərin qapanmasını istəyirdisə, niyə pandemiyanın ən pik nöqtəsində Sədərək keçidini bağlamamışdı? Bəs indi niyə bağladılar? Burda aydın olmayan sualalr var və Nazirlər Kabineti bu sualalra aydınlıq gətirməlidir.

Tural Abbaslı: “Bu sırf AZAL-ın bilet satışını təmin etmək üçün atılan addımdır. Çünki daha kasıb əhali Naxçıvana uçur, ordan da Türkiyəyə gedirdi. Nazirlər Kabineti bu qərarı ilə sadəcə olaraq kasıb əhalinin Türkiyəyə quru yolla getmək imkanlarını bağladı”.

Birmənalı olaraq demək istəyirəm ki, Naxçıvan yolunun bağlanması yalnış qərardır və bu insanların soaial-iqtisadi problemlərini daha dərinləşdirir. Tezliklə Naxçıvan üzərindən olan Türkiyə və İran, O cümlədən bütün istiqamətlərdə Gürcüstan, Rusiyaİran sərhədləri açılmalıdır. İnsanlara rahatlıq verilməlidir, daha doğrusu bu rahatlıq qaytarılmalıdır.

Yay ayı olduğu da nəzərə alınmalıdır. Məlumdur ki, insanlar yayda Gürcüstana, ya da Türkiyəyə istirahətə gedirlər. Buna görə də sərhədlər açılmalıdır. Yaxud da xarici turistlərin Rusiyadan, İrandan, Türkiyədən Azərbaycana gəlməsi üçün də quru yol daha münasibdir. Bu da nəzərə alınaraq sərhədlər mütləq açılmalıdır.

Eyni zamanda həmin sərhəd bölgələrində yaşayan bir çox rayonların sosial durumu da sərhədlərin açıq olmasından asılıdır. Biz AĞ Partiya və ölkədəki bütün müxalifət də bütün dövlət sərhədlərinin açılmasını tələb edirik. Güman edək ki, bu ayın ortasına qədər sərhədlər açılacaq. Burada kimlərin günahkar olmasının bizə heç bir aidiyyatı yoxdur. Hakimiyyətin əgər daxili çəkişməsi varsa, bunu özləri bilərlər. Biz iqtidara eyni gözlə baxırıq və bu addımı iqtidarın yalnışı kimi qiymətləndiririk”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar