Naxçıvan MR -da yoluxma sayı açıqlandı...
PİA.az xəbər verir ki, bu barədə TƏBİB sədri Ramin Bayramlı açıqlama verib. O, bildirib ki pandemiyanın ilkin dönəmlərindən Naxçıvan Səhiyyə Nazirliyi ilə TƏBİB-in əməkdaşlığı nəticəsində Naxçıvanda xəstəxanalar lazımi tibbi avadanlıqla təchiz olunub və tibbi personal xüsusi təlim keçirib.Statistik rəqəmlərə gəlincə Naxçıvanda bu günə qədər 142 yoluxma qeydə alınıb. Bunlardan 11 nəfər vəfat edib, 5 aktiv xəstə müalicə alır. Ümumilikdə bu günə qədər 9290 test yoxlaması keçirilib.
pia.az