Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvana avtomobil və dəmiryolu açmağa hazırıq - Paşinyan

"Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək".

PİA.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

O, yaxın gələcəkdə regional kommunikasiyaların açılmasında konkret nəticələr əldə olunacağına ümid edir. Paşinyan Rusiyanın sülhməramlı kontingentinin olduğu zonada insan ölümləri ilə bağlı insidentlərin araşdırılması üçün üçtərəfli mexanizmin gücləndirilməsini təklif edib.

Hökumət rəhbəri Bakının erməni məhbusları azad edəcəyi təqdirdə mina sahələrinin xəritələrini təhvil verməyə hazır olduğuna əmin edib. O, İrəvanın Rusiya və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazır olduğunu vurğulayıb. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün Minsk Qrupu çərçivəsində danışıqlar prosesinin bərpasını vacib saydığını söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar