Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Müdafiə Komitəsinin ilk sədri “Şücaətə görə” medalı ilə təltif edilib

Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sen­tyabrın 7-də Nax­çıvan Müdafiə Komitəsi yaradılıb.

"Report" xatırladır ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və Əlahiddə Ümumqoşun Orduya qədər böyük bir inkişaf yolu keçən Müdafiə Komitəsinin ilk sədri Elman Abbasov təyin edilib.

Azərbaycanın həqiqi hərbi xidmət keçirilən ilk milli оrdusunun kоmandiri və Müdafiə Kоmitəsinin sədri olmuş Elman Abbasovun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşaraq müdafiə gücümüz nizami ordu halını almışdır.

7 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə Abbasov Elman Abbas oğlu “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib.

Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təqdim edildiyi tədbirdə Elman Abbasovun oğlu Tural Abbasov və qardaşı Nizami Abbasov iştirak edib. Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Elman Abbasovun ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən şücaət göstərdiyinə görə təltif edildiyini diqqətə çatdırıb. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi yüksək qiymətdir.

“Şücaətə görə” medalı ilə təltif olunan Elman Abbasovun oğlu Tural Abbasov göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq edib və bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib.
Sonra “Şücaətə görə” medalı Tural Abbasova təqdim edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar