Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan MR-ın Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qarşıya qoyulan vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib...

PİA.az xəbər verir ki, Naxçıvan MR-ın Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov sessiyadan irəli gələn vəzifələrlə əlaqədar məruzə edib. Nazir bildirib ki, fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib. Sessiyada Ali Məclisin Sədri bütün dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının qarşısına konkret tapşırıqlar qoyaraq qarşıdakı 5 illik fəaliyyət proqramını müəyyən edib. Digər dövlət orqanlarının əsas icraçısı olduğu tapşırıqların əksəriyyətinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində daxili işlər orqanlarının da üzərinə müəyyən vəzifələr qoyulub. Sessiyada da vurğulandığı kimi sabitlik təmin olunmadan, asayiş qorunmadan davamlı inkişafdan danışmaq da mümkün deyil. Muxtar respublikada əldə olunan ən mühüm nailiyyətlərdən biri də ictimai-siyasi sabitliyin təmin olunması, cinayət hadisələrinin sayının kəskin azalmasıdır. Bu sahədəki fəaliyyət davam etdirilməli, cinayətkarlıqla mübarizə tədbirləri gücləndirilməli, nizam-intizam daha da möhkəmləndirilməli, maarif­lən­dirmə ön planda saxlanmalıdır. Məhkəmə qərarlarının vaxtında icrasına diqqət yetirilməli, bələdiyyələrin fəaliyyətinə nəzarət düzgün təşkil olunmalıdır.

Nazir diqqətə çatdırıb ki, son illər Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, uğurlu sosial-iqtisadi layihələrin həyata keçirilməsi və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizin regionları arasında liderlik mövqeyi qazanıb. Muxtar respublikada sosial həyatın bütün sahələrində analoqu olmayan nailiyyətlərin qazanılmasında başlıca səbəb ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi, Vətən sevgisi və yurd sahibliyinə misilsiz bağlılığın nəticəsidir.

Qeyd olunub ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur. Muxtar respublikada ötən 25 il ərzində uğurla həyata keçirilən bu strategiya nəticəsində ictimai-siyasi həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlər, ulu öndər ideyalarının alternativsiz olduğunun bariz nümunəsidir. Ötən ay keçirilən Parlament seçkilərində Naxçıvan əhalisi növbəti dəfə seçim edərək, ölkə üzrə ən yüksək səs çoxluğunu Ali Məclisin Sədrinə verməklə muxtar respublika rəhbərinə sonsuz inam və bağlılığını bir daha nümayiş etdirdi.

Nazir altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qarşıya qoyulan vəzifələrin Daxili İşlər Nazirliyinin növbəti 5 illik fəaliyyətində əsas proqram sənəd kimi qəbul edildiyini diqqətə çatdırıb, daxili işlər orqanlarının aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib. Bildirib ki, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində qarşıya qoyulan vəzifələr, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar bundan sonra da tam həcmdə yerinə yetiriləcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması təmin edilərək, əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcək.

Məruzə ətrafında müzakirələrdə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftalıyev, Nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov, İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov, Cinayət Axtarışı Şöbəsinin rəisi, polis polkovniki Qasım Həsənov və Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov çıxış ediblər. (APA)

pia.az

 

 


Etiket: Naxçıvan MR

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar