Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Ali Məclisinin Sədri yanında KİVDF-nin Müşahidə Şurasının sədri seçilib

KİVDF-nin Müşahidə Şurasının ilk iclası keçirilib...

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının ilk iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli KİVDF Müşahidə Şurasının sədri seçilib.

İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, KİVDF-nin fəaliyyəti qısa müddətdə təmin edilməli, yeni layihələr hazırlanmalı və müsabiqələr keçirilməli, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq gücləndirilməlidir. Eyni zamanda Jurnalistlərin peşə davranış qaydaları ilə bağlı tövsiyələr hazırlanmalı, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələri haqqında informasiya bankı yaradılmalıdır: “Fondun Müşahidə Şurası qanunvericiliyə uyğun olaraq ona həvalə edilmiş vəzifələrin icrasında məsuliyyəti artırmalı, teleradio və qəzetlərin fəaliyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat verməlidir”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında Fərman imzalayıb. V. Talıbovun müvafiq fərmanı ilə Fondun Müşahidə Şurasının üzvləri də təsdiq olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar