Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Navalnıdan Putinə rişxənd: “Özüm zəhər içdim, ancaq Putini aldada bilmədim”

Müxalif siyasətçi Aleksey Navalnı Fransa qəzeti "Le Monde”yə Rusiya prezidenti Vladimir Putinin dediyi sözləri istehzayla şərh edib.

Qaynarinfo xəbər verir ki, sözügedən məqalədə, 14 sentyabrda Fransa prezidenti Emmanuel Makronla söhbətində Putin siyasətçi Aleksey Navalnının özünün zəhər içə biləcəyini irəli sürüb. Həm də Rusiya prezidentinin ifadə etdiyi ikinci versiya Latviya ilə əlaqələndirilir, çünki "Noviçok” zəhərli maddəsinin ixtiraçısı orada yaşayır.

Makron öz növbəsində Latviya izi versiyasını və Navalnının özünü zəhərləyə biləcəyi ehtimalını rədd edib.

"Vladimir Putin fransız həmkarına deyib: "Navalnı bu zəhəri özü içə bilərdi”. Yaxşı versiyadır. Hesab edirəm ki, bu, ən yaxın araşdırmaya layiqdir”, - deyə Navalnı İnstaqramında yazıb.

"Hə, deməli, mətbəxdə "Noviçok” dəmlədim. Təyyarədəki bir qumqumadan sakitcə bir qurtum içdim. Komaya düşdüm. Bundan əvvəl həyat yoldaşım, dostlarım və həmkarlarımla razılaşdım ki, Səhiyyə Nazirliyi mənim müalicə üçün Almaniyaya aparılmağıma israr edərsə, buna icazə verməsinlər. Omsk xəstəxanasında ölmək və ölüm səbəbinin "kifayət qədər yaşamış" olduğu yazılacaq Omsk morquna düşmək - buydu mənim hiyləgər planımın əsas məqsədi. Ancaq Putin məndən ayıq çıxdı. Onu aldatmaq asan deyil. Nəticədə 18 gün axmaq kimi komada yatdım, amma məqsədimə çatmadım. Təxribatım uğursuz oldu!" – Navalnı ironiya ilə qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar