Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-suz Türkiyə... - Ya da Türkiyəsiz NATO necə görünər?..

Türkiyənin silahlanma sahəsində xaricdən asılılığı barədə nə demək olar və xaricdən silah almadığı şəraitdə, Türkiyə ordusu nə qədər zəifləyə bilər?..

Hərbi ekspert: “Tarixə nəzər salsaq görəcəyik ki, zaman-zaman Türkiyə NATO tərəfindən daim günahlandırılan bir tərəfə çevrilib”.

“Təsüvvür edin ki, ABŞ və Türkiyə NATO-dan ayrılıb. Bu zaman NATO-nun Quru Qüvvələri Rusiya, Çin, İran təhlükəsi qarşısında demək olar ki, çox zəifləmiş duruma gələ bilər”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Penin “Sülh çeşməsi” əməliyyatına görə Türkiyənin NATO-dan çıxarılmasını tələb edən bəyanatlarını və bir sıra Avropa ölkələrinin Türkiyəyə qarşı silah satışını dayandırdıqlarını bəyan etmələrini PİA.az-a şərh edərkən qeyd edib.

Fransanın ifrat sağçı “Milli Cəbhə” Partiyasının sədri Marin Le Pen Türkiyəni NATO-dan çıxarmağı təklif edib. Siyasətçi belə bəyanatı RCI telekanalının efirində səsləndirib.

Siyasətçi Avropa İttifaqını tənqid edib və bildirib ki, qurum “heç nə etmir və heç nə təklif etmir”. Onun fikrincə, Türkiyənin NATO-dan çıxarılması bu ölkənin Suriyaya “təcavüzünə” mümkün cavab ola bilər. Siyasətçi hesab edir ki, Ankara ittifaqda “meyarları pozub”.

Xatırladaq ki, daha əvvəl Fransa Milli Məclisində (parlamentin aşağı palatası) 8 siyasi fraksiyanın təmsilçiləri olan 60 deputat Suriyada həyata keçirilən “Sülh çeşməsi” əməliyyatına görə Türkiyəni NATO-dan çıxarmağı və sanksiyaların tətbiq olunmasını tələb edib.

Həmçinin məlumdur ki, “Sülh çeşməsi” əməliyyatı fonunda bir sıra Avropa ölkələri Türkiyəyə qarşı silah satışını dayandırdıqlarını bəyan etdi.

Almaniya kansleri Angela Merkel bəyan edib ki, federal hökumət kürdlərə qarşı hərbi əməliyyata görə artıq Türkiyəyə silah satmayacaq. Bunu Almaniya kansleri Türkiyə Suriyada atəşkəsə razılıq verməzdən əvvəl deyib.

Türkiyəyə silah ixracını dayandırdığını daha əvvəl Britaniya açıqlamışdı, İspaniya, Hollandiya, Norveç, Fransa, Çexiya, İtaliya və Finlandiya isə silah satışını məhdudlaşdıracaqlarını bildirmişdilər.

Qeyd edilir ki, artıq İtaliya və Norveç Türkiyəyə bütün hərbi ixraca qadağa qoyub. Çexiyanın isə hətta hazırda mövcud olan lisenziyaları da donduracağı və yeni partiyanın verilməsini qadağan edəcəyi bildirilir.

Türkiyənin NATO-dan çıxarıması hər hansı bir ölkənin tələbi ilə mümkündürmü və Türkiyənin alyansadan kənarda qalması NATO-ya hansı hərbi və geosiyasi təsirləri ola bilər? Ümumiyyətlə Türkiyənin silahlanma sahəsində xaricdən asılılığı barədə nə demək olar və xaricdən silah almadığı şəraitdə, Türkiyə ordusu nə qədər zəifləyə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyevə müraciət edib.

Ədalət Verdiyev: “Türkiyədə silah asılılığını aradan qaldırmaq üçün alternativ sistemlərin Rusiyadan, Ukraynadan, Azərbaycandan əldə edilməsi istiqamətində işlər görülür”.

NATO ordusunda Türkiyə silahlı qüvvələrinin ikinci böyük Quru Qoşunlarına malik qüvvə sayıldığını xatırladan hərbi ekspert PİA.az-a açıqlamasında bildirib ki, NATO özünü Türkiyənin yerləşdiyi cinahda bu qədər rahatlıqla zəiflətmək istəməz:

“Fransada müxalifət partiya lideri Marin Le Penin Türkiyəni “Sülh çeşməsi” əməliyyatına görə NATO-dan çıxarılması tələbi ilə bəyanat verməsi bəyanat olaraq da qalacaq. Onsuz da son illərdə Türkiyə ilə NATO-nun münasibətlərində kifayət qədər dərin çatlar yaranıb. Bu çatların aradan qaldırılması üçün NATO əlindən gələn addımları atmaq istəmir.

Tarixə nəzər salsaq görəcəyik ki, zaman-zaman Türkiyə NATO tərəfindən daim günahlandırılan bir tərəfə çevrilib. Məsələn Kipr məsələsi ilk dəfə qaldırılanda ABŞ NATO qismində heç də Türkiyənin tərəfin saxlamadı, SSRİ-nin tənqidindən çəkindi. 1974-cü ildə Kipr adası əməliyyatında yenə də NATO Türkiyəyə qarşı bəlli bir embarqolarını vurğuladı.

Türkiyədə kiçik məsələlər belə Avropanın ayrı-ayrı ölkələri tərəfindən davamlı olaraq senat embarqolarına gətirib çıxarıb. Lakin Türkiyənin NATO-dan ayrılmasını bütün ölkələrin səs çoxluğu ilə qəbul ediləcəyini düşünmürəm. Çünki NATO ordusunda Türkiyə silahlı qüvvələri ikinci böyük Quru Qoşunlarına malik qüvvə sayılır. NATO özünü Türkiyənin yerləşdiyi cinahda bu qədər rahatlıqla zəiflətmək istəməz. Həmçinin Türkiyənin ərazisində 15 qədər NATO-ya aid hərbi baza, aviasiya bazası, tələm, yanacaq, anbarlar, hətta İncilikdə nüvə başlıqlı raketlərin yerləşdirildiyi barədə də məlumatlar var. Bunlar üçün alternativ tapılmadın onların köçürülməsi müəyyən problemlər yarada bilər.

Ədalət Verdiyev: “Türkiyəyə bu əməliyyata görə davamlı olaraq silah-sursatla bağlı embarqolar qoyulması ciddi nəticələr verməyəcək”.

Digər tərəfdən Alyans üzrə illi ümümdaxili məhsul ölkələr üzrə 2 faizdir. Hazırkı dövrdə NATO-da isə bu faiz ortalama olaraq 1.4 faizdən yuxarı deyil. Lakin Türkiyənin bu barədə 2 faizlik borcu bu günkü günə qədər yoxdur. NATO-nun daxilində bəlli problemlər var. ABŞ da zaman-zaman deyib ki, ya pulları ödəyin, ya da NATO-dan ayrılıram, öz təhlükəsziliyinizi özünüz təmin edərsiniz. Təsüvvür edin ki, ABŞ və Türkiyə NATO-dan ayrılıb. Bu zaman NATO-nun Quru Qüvvələri Rusiya, Çin, İran təhlükəsi qarşısında demək olar ki, çox zəifləmiş duruma gələ bilər. Buna görə də Türkiyənin NATO-dan çıxmasının onların marağına cavab verəcəyini düşünmürəm.

Türkiyəyə bu əməliyyata görə davamlı olaraq silah-sursatla bağlı embarqolar qoyulması ciddi nəticələr verməyəcək. Çünki Türkiyənin silah ixracatı son illərdə kifayət qədər inkişaf edib. Həm də Türkiyə bu təhlükələri hiss etməyə bilməzdi. Buna görə də Türkiyədə silah asılılığını aradan qaldırmaq üçün alternativ sistemlərin Rusiyadan, Ukraynadan, Azərbaycandan əldə edilməsi istiqamətində işlər görülür. Buna görə də silah satışına embarqoların qoyulması Türkiyə ordusunun döyüş hazırlığı qabliyyətinə təsir edəcəyini düşünmürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket: Türkiyə NATO Silah

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar