Şənbə, 25 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

NATO-nun "Problemli uşağı" kimdir? – Sionizmə xidmət?...

Bu günlərdə NATO-da Türkiyə «problemli uşaq» adlandırılıb...

Bu günlərdə NATO-da Türkiyənin «problemli uşaq» adlandırılması ilə türkiyəli yazar Kamal İnat özünü təhqir olunmuş hesab etdiyini yazır. Onun fikrincə, ölkəsini bir sıra nöqsanlarda günahlandırmaq ağıllı-ədalətli iş deyil. Kimlər NATO üçün daha çox problem yaradır: Türkiyəmi, yoxsa Makron özünün «ölümcül diaqnoz»ları ilə və ya istənilən şərait üçün digərlərini sanksiyalarla hədələyən ABŞ?

Londondakı sammitlə bağlı həm dünya mətbuatında, həm də Türkiyə KİV-də NATO barədə çoxsaylı xəbərlər və analitik materiallar dərc olunub. Praktiki olaraq, onların hamısında buna aksent edilir ki, NATO-nun bu sammiti ciddi problemlərin kölgəsində keçir.

NATO-nun mühüm üzvü olan Fransanın prezidenti sammit ərəfəsində bəyan etdi: «NATO-da beyin ölümü baş verib». Bu bəyanat bir tərəfdən, alyans dairələrində şok yaratdı, digər tərəfdən isə problemlərin nə qədər dərinə işlədiyini göstərdi.

Bununla bərabər, bir çağırış da o oldu ki, Türkiyəyənin və Amerika Birləşmiş Ştatlarının (ABŞ) YPG/PKK-ya görə, münasibətlərinin pozulması alyansa elə təsir göstərib ki, hətta problem NATO-nun müdafiə planlarının bloklanmasına qədər «şişib».

Bu məsələdə Türkiyənin təkcə ABŞ-la yox, həm də NATO-nun avropalı üzvləri arasında problem yaşanır. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında yaşanmış sonuncu mübahisə göstərdi ki, YPG/PKK-nın himayədarı rolunu Avropada hamıdan çox Fransa öz üzərinə götürüb. Bununla yanaşı, Türkiyə heç şübhəsiz, NATO-da ABŞ-la problemi olan yeganə dövlət deyil.

Bu mənada, Almaniyanın Rusiya ilə energetik əməkdaşlığı ətrafındakı böhranı xüsusi qeyd etmək yerinə düşərdi. Üstəlik də ABŞ Almaniyanı tənqid etməkdə davamlıdır – NATO-nun müdafiəsinə lazımi qədər töhfə verməməkdə.

İkinci qaz kəmərinin (Baltik dənizinin dibi ilə çəkilən və NATO-nun Şərqi Avropadakı üzvlərindən yan keçən) köməyi ilə Berlinin öz ölkəsini «qaz nəhənginə» çevirmək cəhdlərinə Vaşinqton sanksiya təhdidləri ilə mane olmağa cəhd edir. ABŞ təkid edir ki, Almaniya öz hərəkətləri ilə aqressiv siyasət yürüdən Rusiyanı həvəsləndirir və bu ölkəyə qarşı yönəldilmiş sanksiyaların effektini neytrallaşdırır.

Bununla əlaqədar olaraq, Polşa və Baltik ölkələri də Almaniyadan küskündürlər. Qorxurlar ki, Gürcüstan və Ukraynadan sonra onlar özləri Rusiyanın təcavüzünün hədəfinə çevrilərlər. Bu ölkələr həddindən artıq narahatdırlar ki, onların NATO üzrə müttəfiqi olan Almaniya bu təhlükəni görməzliyə vurur.

Berlinin belə mövqeyi Şərqi Avropa ölkələrinin nə üçün Almaniyadan çox ABŞ-a yaxınlıq göstərdiklərini izah edir. Bu ölkələrin Rusiyaya münasibətdə keçirdikləri narahatlıq da onları sual qarşısında qoyur: «NATO-nun hər-hansı mənası qalırmı?»

Bəli, Polşa, Baltik ölkələri və Çexiya kimi ölkələr üçün NATO əvvəlki kimi mühüm təşkilat olaraq qalır və «NATO-nun beyni ölüb» deyənlərin, Rusiya ilə əməkdaşlıq edənlərin davranışı onları fövqəladə dərəcədə rahatsız edir. Fransa və Almaniyanın mövqelərinə görə, bu ölkələr mahiyyət etibarilə, NATO və Amerika arasında bərabərlik işarəsi qoyurlar. Onlar üçün NATORusiyanın təhdidi qarşısında ABŞ-ın dəstəyi deməkdir.

NATO daxilində lazımınca həmrəyliyin olmaması, əlbəttə, təkcə bu ölkələri təəssüfləndirmir. Türkiyə də NATO üzrə müttəfiqlərinin əksəriyyətindən terrorla mübarizədə lazımi dəstək ala bilməyib. Məlumdur ki, hazıkı dövrdə Türkiyə üçün başlıca təhlükə terrordur. Əksinə, Türkiyə gördü ki, NATO-nun mühüm üzvləri olan ABŞ və Fransa terrorçu təşkilatları dəstəkləyir. Bu ölkələr YPG/PKK-ya açıq şəkildə silah göndərirlər. Türkiyə ordusu Suriyanın şimal-şərqində «Barış bulağı» əməliyyatına başlayan kimi, Fransa, Almaniya və digər NATO ölkələri Türkiyəyə silah satmaqdan imtina etdiklərini bildirdilər, türk ordusunun bu əməliyyatını hər tərəfdən tənqidlərə məruz qoydular. Onlar bu savaşda terroçu təşkilatın müdafiəsi üçün hər şeyi etdilər və indi də edirlər. Əcəb müttəfiqlikdir, deyilmi?

Kömək başlarına dəysin, bu riyakarlar Türkiyənin terrorçu YPG/PKK təşkilatına yönəlik mövqeyinin NATO sənədlərində əksini tapmasına da razı olmurlar, amma görünməmiş həyasızlıqla, Türkiyədən NATO-ya maliyyə dəstəyi umurlar. Bunun açması çox kədərlidir. Məsələn, NATO çətiri altında Türkiyənin hər il ödədiyi üzvlük haqqı hesabına bu riyakarlar külli miqdarda silah-sursat alaraq, ən müxtəlif yollarla terrorçu hörgütlərə ötürürlər, onlar isə öz növbəsində, həmin silahlardan türk əsgərinin (dinc türk sakinin) başına od yağdırırlar! Belə yoldaşlıq, belə müttəfiqlik olmur axı!

Ankara NATO üzrə müttəfiqlərin bu mövqeyini problem qismində qabardan kimi, qərb KİV-ləri Türkiyəni «NATO-nun problemli uşağı» deyə, qələmə verməyə başladılar. Əsas kimi isə Türkiyənin NATO planını (Polşa və Baltik ölkələrinin müdafiəsi planı) bloklamasını önə çəkdilər…

Beləliklə, gəlib yetişdik əsas suala: «Müttəfiq» dövlətləri Türkiyə ilə belə «şərəfsiz» davranışa vadar edən kimdir(nədir)? Sualın bircə cavabı var – beynəlxalq sionizm! Açıq görünür ki, bu «qonaqötürən» dövlətlər dünya maliyyəsinin «sahibi» gözəgörünməz Ben Şalom Bernankenin qəzəbinə gəlməkdən həddən ziyadə QORXURLAR – necə ki, Tramp qorxudan «nala-mıxa vurur»… (azpolitikA)

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: NATO Türkiyə

Şərh yazın.


loading...

Ən çox oxunanalar