Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun kritik zirvə toplantısı: Ərdoğan və Bayden anlaşsa nə olacaq, anlaşmasa nə olacaq? - Ərəstun Oruclunun şərhi

Tərəflər hansı səviyyədə analaşa bilərlər və ABŞ və Türkiyənin müttəfiq münasibətlərinin gələcəyi varmı?..

Siyasi şərhçi: “Qarşıdan gələn görüşlər həqiqətən kritik görüşlər olacaq. Ona görə ki, Türkiyənin istər daxili siyasəti, istərsə də yerləşdiyi regionda yürütdüyü siyasət qıcıq doğurur”.

“Nə qədər paradoksal olsa da, bu gün NATO üzvü Türkiyəyə ABŞ və digər Avropa ölkələri tərəfindən xeyli sayda hərbi xarakterli sanksiyalar tətbiq olunub. Sanksiyaların rəsmi səbəb kimi göstərilən əsasların bir çox hallarda bəhanə olduğu aydın məsələdir”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu yaxın günlərdə keçiriləcək NATO-nun kritik zirvə toplantısının mümkün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Yaxın günlərdə keçiriləcək NATO-nun kritik zirvə toplantısında Ərdoğan-Bayden və Ərdoğan-Makron görüşü ciddi maraq doğurmaqdadır. Bilirik ki, Türkiyə ilə Qərb müttəfiqləri arasında çoxlu sayda problemlər mövcuddur. Onlardan biri ABŞ-ın İraqda və Suriyada kürd dövləti yaratmaq istəyidir. Lakin Vaşinqton hər şeydən əvvəl Türkiyənin regionda müstəqil oyunçu kimi çıxış etməsinə dözə bilmir. Vaşinqtona görə Ankara tam ram edilməlidir. Eyni siyasəti Farnsa da sərgiləməlidir. Paris Ankaranın Aralıq dənizinin şərq hissəindəki fəaliyyətlərindən narazıdır. Eyni zamanda Yelisey sarayında Türkiyənin Cənubi Qafqazda mövqelərini hər gün daha da gücləndirməsini narahatlıqla izləyir. Ümumiyyətlə Türkiyənin regional güc mərkəzi olaraq müstəqil oyunçuya çevrilməsi Qərbdəki bütün müttəfizqlərini narahat edir.

Bu durumda Ərdoğan-Bayden görüşündən nə gözləmək olar? Tərəflər hansı səviyyədə analaşa bilərlər və ABŞ və Türkiyənin müttəfiq münasibətlərinin gələcəyi varmı?

Mövzunu PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Bir tərəfdən Türkiyənin yaxın ərtafında onun üçün təhdid olacaq türk dövləti qurulur. Digər tərəfdən Türkiyənin Şərqi Aralı dənizindəki maraqlarını məhdudlaşdırmağa çalışırlar. Belə olan halda da heç bir anlaşmadan söhbət gedə bilməz”.

Ortada anlaşdıq, ortaq məxrəc axtarırıq kimi standart bəyanatların olacağını proqnoz edən siyasi şərhçi PİA.az-a açıq1lamasında qeyd edib ki, ciddiyyət yaradan məsələ, yəni Türkiyənin müstəqil siyasət yürütməsi, öz milli maraqlarını təmin etmək üçün reallaşdırdığı xarici siyasətdə razılıq əldə olunmayacaq. Çünki bu həmin böyük dövlətləri qane etmir:

“Qarşıdan gələn görüşlər həqiqətən kritik görüşlər olacaq. Ona görə ki, Türkiyənin istər daxili siyasəti, istərsə də yerləşdiyi regionda yürütdüyü siyasət qıcıq doğurur. Yəni Türkiyənin ilk növbədə Yaxın Şərq, Aralı dənizinin şərq hövzəsi və Şimali Afrikada yürütdüyü siyasət Türkiyənin NATO-da yaxın partnyorları olan Fransa və ABŞ-da qıcıq doğurur. Nə qədər paradoksal olsa da, bu gün NATO üzvü Türkiyəyə ABŞ və digər Avropa ölkələri tərəfindən xeyli sayda hərbi xarakterli sanksiyalar tətbiq olunub. Sanksiyaların rəsmi səbəb kimi göstərilən əsasların bir çox hallarda bəhanə olduğu aydın məsələdir.

Əsl səbəb isə Türkiyənin həqiqətən də müstəqil siyasət yürütməsindədir. Həmçinin Türkiyə öz milli maraqlarını önə çəkir. Amma NATO-da, Qərbdə elə düşünürlər ki, Türkiyə bir növ onların icraçısı rolunu oynamalıdır. Amma bu olmayanda qarşı tərəfdə qıcıq yaranır və onlar öz qəzəblərini cilovlaya bilmirlər. Ancaq reallıq odur ki, bu gün dünyada geosiyasi konstruksiya dəyişməkdədir. Görünür dəyişən konstruksiya Türkiyənin marağını təmin etmədiyinə görə, Ankara öz maraqlarının reallaşmasına yönəlik xarici siyasət doktrinasını həyata keçirir. Təbii ki, bu da “böyükləri” qane etmir.

Ərəstun Oruclu: “Ziddiyyət aradan qalxmayacaq. Əksinə mən münasiblərin bir qədər də kəskinləşməsini gözləyirəm”.

Mən düşünmürəm ki, istər Fransa prezidenti Makron, istərsə də ABŞ prezidenti Baydenlə Türkiyə prezidenti Ərdoğanın görüşündə hansısa irəliləyiş əldə olunacaq. Ortada biz anlaşdıq, ortaq məxrəc axtarırıq kimi standart bəyanatlar olacaq. Amma dediyim kimi ciddiyyət yaradan məsələ, yəni Türkiyənin müstəqil siyasət yürütməsi, öz milli maraqlarını təmin etmək üçün reallaşdırdığı xarici siyasətdə razılıq əldə olunmayacaq. Çünki bu həmin böyük dövlətləri qane etmir. Buna görə də ziddiyyət aradan qalxmayacaq. Əksinə mən münasiblərin bir qədər də kəskinləşməsini gözləyirəm.

NATO çərçivəsində müxtəlif kiçik məsələlərdə anlaşmalar, razılaşmalar əldə oluna bilər. Amma Türkiyənin öz siyasətini dəyişməsi ilə bağlı, yaxud Fransanın, ABŞ-ın Türkiyənin siyasətinə münasiblərinin dəyişməsi ilə bağlı münasiblərdə hansısa gözləntininn olduğunu gözləmirəm. Ona görə gözləmirəm ki, mövqelər hal-hazırda diametral ziddir. Çünki maraqlar ziddir. Bir tərəfdən Türkiyənin yaxın ərtafında onun üçün təhdid olacaq türk dövləti qurulur. Digər tərəfdən Türkiyənin Şərqi Aralı dənizindəki maraqlarını məhdudlaşdırmağa çalışırlar. Belə olan halda da heç bir anlaşmadan söhbət gedə bilməz.

Ərəstun Oruclu: “Necə ki, İsrail öz ərtafında ona zidd olan, onun maraqlarına təhdid olan dövlətlərin yaranmasına yol vermir, eyni siyasəti Türkiyə yürüdür. İsrailə gələndə buna göz yumulur, amma Türkiyə olunca qıcıq, aqressiya ilə qarşılanır”.

Dediyim kimi görüşlərdə əsaslı anlaşma olmayacaq. Çünki Türkiyə Suriyada, yaxud da İraqda türk dövrlərinin yaradılmasına və onun Qərb ölkələri tərəfindən dəstəklənməsinə, silahlanmasına razı ola bilməz. Bu Türkiyənin mövcudluğu üçün təhdiddir. Necə ki, İsrail öz ərtafında ona zidd olan, onun maraqlarına təhdid olan dövlətlərin yaranmasına yol vermir, eyni siyasəti Türkiyə yürüdür. İsrailə gələndə buna göz yumulur, amma Türkiyə olunca qıcıq, aqressiya ilə qarşılanır.

Onu da qeyd edim ki, Türkiyənin bölgədə enerji maraqları var. Yəni Aralıq dənizində yataqlardan Türkiyənin geri çəkilməsi mümkün deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar