Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun gələcəyi və Vaşinqton müharibələri...

Yox olub getmiş Sovet İttifaqına qarşı qurulmuş bir ittifaqı yaşaya bilərmi? Bu, NATO-nun cavab verməli olduğu əsas bir sualdır...

Mina Ureybi
“Şarkul Avsat” qəzeti, Türkiyə, 31 mart 2021-ci il

“Birlikdə girdik, birlikdə şərtlərə uyğunlaşdıq və doğru zaman gələndə birlikdə ayrılacağıq”. Keçən bazar günü bir televiziya müsahibəsində ABŞ-ın xarici işlər naziri Entoni Blinken Əfqanıstanda ABŞNATO qüvvələrinin gələcəyi və ABŞ-ın qüvvələrini oradan çəkməsi ilə bağlı suala bu cavabı verib. Əfqanıstan məsələsi ötən həftə Brüsseldə NATO-nun xarici işlər nazirləri arasında keçirilən iclasın əsas gündəmində idi.

Bu məsələ ilə bağlı olan sənəddə də ABŞ-ın xarici siyasəti ilə bağlı digər sənədlər kimi Co Baydenin ABŞ prezidentliyini qazanması və ABŞ adminstrasiyasının Respublikaçılardan Demokratlara keçməsi əks olunub. ABŞ-ın keçmiş prezidenti Donald Tramp adminstrasiyası dövründə ABŞ qüvvələri Taliban-la müzakirələr başladıqdan sonra Vaşinqton NATO-dakı tərəfdaşlarını heç bir qərara daxil etmədən Əfqanıstanı tərk etməyə hazırlaşırdı. Hətta danışıqlar birbaşa Trampın xüsusi nümayəndəsi Zalmay Xəlilzad ilə günahsız əfqanlarla yanaşı, həm də NATO əsgərlərinin öldürülməsindən məsul olan Taliban ünsürləri arasında aparılıb. Tramp 1 maya qədər ABŞ qüvvələrini Əfqanıstandan geri çəkməyi planlaşdırdığını açıqlamışdı. Ancaq xələfi Bayden keçən həftə Əfqanıstan sənədinin araşdırılmasının davam etdiyini və qüvvələrin mayın 1-nə qədər geri çəkilməsinin gözlənilmədiyini bildirib. Lakin o, da gələn ildən geri çəkilmənin baş tutacağını əlavə edib.

İttifaqın digər 29 üzv dövləti ilə ABŞ arasındakı münasibətlərdə yaranan dalğalanmalar da ittifaqın gələcək yolu ilə bağlı mübahisələrin bir hissəsidir. 1949-cu ildə qurulduğu gündən bəri NATO bir çox dəyişiklik yaşayıb, lakin ittifaqın nizamnaməsi hələ də gördüyü işlərin əsasını təşkil edir. Xatırlamaq lazımdır ki, NATO qüvvələrinin hər hansı bir NATO üzvünə hücum etməsinin bütün ittifaqa qarşı hücum kimi qəbul ediləcəyi ilə bağlı NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq apardıqları ilk və yeganə müharibəyə Əfqanıstan da şahid oldu. 11 sentyabr 2001-ci il hücumlarından sonra Vaşinqton bu maddənin istifadə edilməsini və Taliban-la müharibəyə başlanılmasını tələb etmişdi.

Bu il Əfqanıstanda hələ də bitməyən və necə bitəcəyi də bəlli olmayan NATO müharibəsinin 20-ci ildönümü olacaq. NATO ölkələri öz qüvvələrini geri çəkən Vaşinqtondan onları da əhatə edən bir yol xəritəsi təyin etməsini istəyiblər. ABŞ qüvvələri ilə NATO arasındakı koordinasiya yalnız Əfqanıstanla da məhdudlaşmır. Beynəlxalq güclərin Vaşinqtonla sıx əməkdaşlıq etdiyi İraqda da eyni vəziyyət var. NATO, nəhayət, İraqdakı qüvvələrinin sayını 500-dən 4000-ə qaldırmağa razı oldu ki, bu da Vaşinqtona qüvvələrinin sayını 2500-də saxlamağa kömək edəcək.

NATO ölkələri Əfqanıstana güclü qətiyyət və diqqətçəkici qoşunlarla daxil olsa da, 2003-cü il müharibəsi zamanı İraqa atdığı ilk addım böyük tərəddüdlərlə dolu idi. Fransa və Almaniya 2003-cü ildə keçmiş İraq prezidenti Səddam Hüseyn rejimini devirməyə yönəlmiş müharibəyə ən çox qarşı çıxan ölkələr arasında olduğu halda, İngiltərə, İspaniya, Polşa və bəzi Avropa ölkələri ABŞ-ın tərəfini tutmuşdular. İngiltərə və Amerikanın güclü cəhdlərindən sonra NATO ölkələri təlimlər adı altında İraqa girməyə razı oldular. NATO-nun təlim proqramı çərçivəsində, 2004-2011-ci illər arasında İraq təhlükəsizlik qüvvələrinin 15 min personalına təlim verilmişdi. 2012-ci ildə münasibətlər yenidən Barak Obama dönəmində Demokratların rəhbərliyi altında təlimdən Tərəfdaşlıq və Əməkdaşlıq Proqramına keçdi. İŞİD-ə qarşı müharibə davam edərkən NATO 2016-cı ilin aprelində iraqlılara İordaniyada təlimlər keçməyə başladı. Bu müddət ərzində İŞİD terror təşkilatını məğlub etmək üçün başladılan hərbi əməliyyatda NATO hələ rəsmi olaraq iştirak etməmişdi.

Fevral ayında NATO müdafiə nazirləri İraq hökumətinin istəyi ilə ittifaqın ölkədəki missiyasını genişləndirməyi qəbul etdilər. Bu tələb ABŞ-ın İraqdakı varlığını azaltmaq üçün təzyiq etməsindən sonra irəli sürülmüşdü.

Tramp Vaşinqtonda qərar qəbul edən güclərə yaxın olan ittifaq liderlərini kənarlaşdırdıqdan sonra Baydenin qələbə qazanması NATO-nu yenidən canlandırdı. Blinken və Bayden komandası işlərin əvvəllər olduğu kimi beynəlxalq təşkilatlar və ənənəvi ittifaqlar vasitəsilə həyata keçirilməsində israr etdiyi üçün NATO yenidən vitrinə qayıtdı. Vaşinqton və Moskva arasındakı münasibətlər gərginləşdikcə NATO-nun Moskvaya qarşı mübarizədəki ənənəvi rolu ön plana çıxır.

Bununla birlikdə, NATO üç əsas problemlə üz-üzədir. Birincisi, əksər üzv dövlətlər hər bir ölkənin ÜDM-nin 2%-ni təşkil etməli olan hərbi xərclər məsələsində istəksizdirlər. Bu da xarici borclarını azaltmaq istəyən ABŞ-ın yükünü artırır. Covid-19 epidemiyasının səbəb olduğu maliyyə böhranı ilə birlikdə vəsait ayrılması ehtimalı da az görünür.

İkinci problem Əfqanıstandan çıxmaq üçün uğurlu bir çıxış strategiyası hazırlamaqdır. 20 illik müharibədən sonra Taliban döyüşçüləri ölkənin yarısından çoxuna nəzarət etməyə davam edirlər. Uğurlu hərbi və siyasi razılaşma NATO-nun üzv dövlətlər və dünya xalqları qarşısında imicinin qorunması üçün bir zərurətdir.

Üçüncü problem isə NATO-nun yeni təhlükəsizlik problemləri ilə, xüsusən də rəqəmsal dünyaya bağlı olan kiber təhlükəsizlik və infrastrukturla üzləşmə qabiliyyətini inkişaf etdirməkdir. Hər hansı bir NATO ölkəsinin elektron infrastrukturunu hədəf alan istənilən hücum ölkədəki elektrik, su və bütün zəruri xidmətlərin kəsilməsinə səbəb ola bilər. Vaşinqtonun etirazlarına baxmayaraq, Çinin beşinci nəsil şəbəkə təminatınü qəbul edən İngiltərənin başçılıq etdiyi bəzi NATO ölkələrində Çin texnologiyasının mövcudluğunu məhdudlaşdırmağa çalışdığı bir vaxtda NATO bu cür problemlərə qarşı müasir bir strategiya hazırlamalıdır.

Qarşıdakı illərdə ittifaqı gücləndirəcək “NATO 2030” təşəbbüsünü müəyyənləşdirməyə çalışarkən, bütün bu problemlər NATO-ya üzv olan ölkələrin masasında yer alacaq. NATO-nun Baş katibi Cens Stoltenberq: “Gələcək üçün daha güclü bir ittifaq qurmaq məsələsində iddialı olmalıyıq”, deyib. Yox olub getmiş Sovet İttifaqına qarşı qurulmuş bir ittifaqı yaşaya bilərmi? Bu, NATO-nun cavab verməli olduğu bir sualdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: NATO Vaşinqton

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar