Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO ilə Türkiyə arasında gərginlik - Aşılmayan Kipr məsələsi..

NATO və AB-nin 17 illik planı hələ də dövriyyədədir...

Müyəssər Ulduz,
“OdaTv” qəzeti, Türkiyə

Belçikada NATO-nın Avropa Müttəfiq Qüvvələri Ali Qərargahında (SACEUR) təşkil olunmuş vəzifələrin ötürülməsi mərasimində böyük bir biabırçılıq, hətta alçaqlıq baş verib.

Mərasimə NATO üzvü olmayan Kipr Yunan qrupundan olan vəzifəli şəxslərin də çağırıldığı ortaya çıxdıqda oradakı hərbiçilərimiz və digər nümayəndələrimiz mərasimdə iştirak etməyiblər.

Bəs deyə bilmərikmi ki, bu, yunan qrupunun etdiyi pis bir sürpriz idi? Xeyr.

Nümayəndələrimiz bir gün əvvəldən mərasimə yunan qrupunun da çağırıldığını biləndə NATO Ümumi Katibi Cens Stoltenberqin ofisinə xəbərdarlıq edilib ki, əgər yunanlar geri göndərilməsə, mərasimdə iştirak etməyəcəklər.

Nəticə: NATO dəvəti geri çəkməyib, yəni türklərin əvəzinə, yunanları seçərək bu rüsvayçılığa səbəb olub.

Həm Kipr, həm də NATO ilə olan münasibətlərimiz baxımından önəm daşıyan bu rüsvayçılığa sabiq səfirlərimizdən Onur Öymən və Tuqay Uluçevikdən başqa kim reaksiya göstərdi? Təkcə Xarici İşlər Nazirliyi Sözçüsü Hami Ağsoy. Məsələ ilə bağlı yazılı bir suala Ağsoy belə cavab verib: “SACEUR-un mərasiminə digər AB ölkələri ilə birlikdə NATO nəznində bir statusu olmayan Kipr Respublikasının (GKRY) da dəvət olunması xoş qarşılanmayan böyük bir düşüncəsizlikdir”.

Bu bağışlanmaz səhvin necə baş verdiyi haqqında izahat vermək üçün lazımi cəhdlərin edildiyini bildirən Ağsoy, həmçinin vurğulayıb ki, neqativ sürprizlərdən istifadə etmək NATO-AB iş birliyi üçün faydalı olmayacaq.

Açıqlamaya baxanda elə başa düşülür ki, SAUCEUR bu səhvi tək başına edib və NATO rəhbərliyinin bundan heç xəbəri də yox idi!

Bəs yaxşı, Türkiyənin protest edərək iştirak etmədiyi mərasimdə kim çıxış edib? Əlbəttə ki, NATO-nun Baş Katibi Stoltenberq.

Bu neçənci qəflətdir?

Əvvəlcə üzvü olduğumuz NATO-nun qeydiyyatını gözdən keçirək:

- Kipr Sülh Hərəkatında Türkiyəni tək buraxıb...

- Kolleclərində Türkiyəni də əhatə alan “Kürdüstan” xəritələrindən istifadə edib...

- Terror təşkilatları siyahısında PKK-nın olub olmamasını da bilmirik, çünki gizlədilib...

- YPG/PYD-ni qətiyyən terror təşkilatı hesab etməyib...

- 2010-cu ildə Qərargahda təşkil olunmuş bir əməliyyatda Türkiyənin xəritəsindən istifadə edərək “Vətəndaş müharibəsi və kənardan müdaxilə” ssenariləri haqqında danışıb..

- 15 iyundan sonra çevrilişə cəhd edən əsgərlərə sahib çıxıb... NATO Baş Katibi Stoltenberq şəxsən bildirib: “Türkiyə özünü qorumaq və uğursuz olan çevrilişi araşdırmaq haqqına sahibdir. Lakin bütün NATO müttəfiqlərinin demokratiya, hüququn aliliyi, fərdi azadlıq kimi əsas dəyərlərimizə əməl etmələrini gözləyirəm. Ankara da daxil olmaqla, bir çox Avropa şəhərlərində bunu müzakirə etdim, çünki bu dəyərlər Baş Katib olaraq mənim üçün önəmlidir”.

- 2017-ci ilin 8-17 noyabr tarixlərində Norveçdə baş tutan NATO əməliyyatında “düşmənin rəsmi” hesab olunaraq Atatürkün şəklindən və Ərdoğanın adından istifadə edib... Baş Katib Stoltenberq “bu səhvə görə üzr istəyirəm” deyərək məsələnin üstündən keçib...

- Türkiyəyə S-400 raketlərinin alınması məsələsində “almağa haqqınız var, amma nəticələrinə də razı olacaqsınız”, mənasına gələn xəbərdarlıqlar vermiş, NATO komandirləri S-400-lər alındığı təqdirdə ABŞ-ın F-35 sifarişini ləğv etməsini məsləhət görmüşdür...

Və biz hələ də Müdafiə Naziri Hulusi Akarın iki ay yarım əvvəl dediyi kimi, “NATO üzvüyük və əvvəl olduğu kimi indi də bütün məsuliyyətlərimizin öhdəsindən gəlməyə davam edirik”.

Norveç əməliyyatındakı rüsvayçılığa qayıtsaq, Ərdoğanın reaksiyası belə idi:

“Bəzi səhvlər var ki, onları axmaqlar yox, alçaqlar edir. Bu da eynilə belə bir hadisədir. Məni və Cümhuriyyətimizin qurucusu olan Qazi Mustafa Kamal Atatürkü hədəf alan bu tərbiyəsizliyi NATO daxilində neçə vaxtdır müşahidə etdiyimiz mənfi münasibətin bir əksi kimi başa düşürəm. NATO-nun təhlükəsizliyi bütün üzv ölkələrdə artıq sorğulanmağa başlanıb. NATO-da baş vermiş bu tərbiyəsizliyi quru bir üzrlə yola vermək olmaz”.

Dönəmin Hökümət Sözçüsü Bəkir Bozdağ da hadisə ilə bağlı öz düşüncələrini “qalmaqal, alçaqlıq, rüsvayçılıq” sözləri ifadə etmişdi.

Görəsən, keçən gün NATO Qərargahında baş verən hadisə Norveçdəkindən daha önəmsiz idi ki, bu günə qədər Xarici İşlər Sözçüsündən başqa heç kimin səsi çıxmayıb?

İsrail müddəti

NATO-İsrail münasibətlərində Türkiyənin mövqeyini də qısaca xatırladaq.

Əvvəlcə 2010-cu ildə İsrailin OECD üzvü olmasına razı olduq.

Ardınca 2011-də İsrail NATO nəznində nümayəndəlik açmaq istədikdə Türkiyə buna veto etdi.

Lakin 5 il sonra eyni iqtidar dönəmində o veto ləğv edildi və bu da “Türkiyə-İsrail münasibətlərinin normallaşması yolunda bir addım” kimi təqdim edilərkən İsrail Baş Naziri Netanyahu “İsrailin təhlükəsizliyi üçün çox önəmli addımdır”, dedi.

Nəyə görə bu müddəti nəzərdən keçiririk?

NATO və AB-nin 17 illik planı

Çünki eyni proses yunan qrupu üçün də tətbiq edilir.

Haqqımız olduğu halda AKP iqtidarı veto etmədiyi üçün yunan qrupu AB üzvü oldu.

İndi ona Belçikadakı NATO mərasiminə çağırılan AB ölkələri arasında yer aldığı üçün çoxlu reaksiyalar gəldi, lakin onu AB üzvü edən elə bizik.

AB-nin yunan qrupu üçün 2002-dən bəri iki tələbi də var: OECD üzvlüyünü təsdiqləməyimiz və NATO üzvlüyü ilə bağlı vetonu ləğv etməyimiz...

Kipr yunanlarını niyə NATO-da görmək istəyirlər? NATO-nun dəstək verdiyi Avropa Ordusu planının qüvvəyə minməsi üçün. 2008-də dönəmin NATO Baş Katibi Yap de Hop Şeffer açıq şəkildə: “Əsgərimiz və polisimiz təhlükə altında ikən və AB-NATO iş birliyinə ehtiyac varkən, Türkiyənin maneələrinə icazə verə bilmərik. Bu problemi həll etmək üçün Kiprin tam üzv olmasına qədər gözləməliyik” -, demişdi.

Kipr yunanlarınıın NATO-ya girməsi nə deməkdir? Yunan qrupunun “Kipr Respublikası” olaraq tanınmasında böyük bir addım daha atılmış olacaq... Daha da önəmlisi odur ki, NATO-da alınan qərarlarda yunan qrupu NATO-da Türkiyə ilə eynin hüquqa sahib olarkən, Kipr də daxil olmaqla, kritik bölgələrdə vəzifələndirilməsi planlanan Avropa Ordusunun qərar mexanizmində yunanlar iştirak edərkən AB üzvü olmadığı üçün Türkiyənin adını çəkən də olmayacaq...

Məlumdur ki, Kipr müzakirələri davam edir. Yunanlar və arxalarındakı bütün imperialistlər “həll” üçün Türkiyənin zaminliyinin ortadan qalxmasını, türk əsgərlərinin adadan çıxmasını istəyirlər. Bəs Kiprin təhlükəsizliyi məsələsində alternativ ünvan olaraq haranı göstərirlər? AB Ordusunu, hətta NATO-nu!

AKP-nin qurulduğu illərdə Ərdoğanın həm yunan qrupunun AB üzvlüyünə, həm də Avropa Ordusunun qərar mexanizmində Türkiyəyə yer verilməməsi planına şiddətlə qarşı çıxdığını və “Türkiyənin gələcəyini çox ciddi bir şəkildə təhdid edən, bəlkə də, Türkiyə Cümhuriyyətinin qurulmasından bu yana önünə çıxmış ən ciddi problemlərdən biri olan bu planının gedişatını əngəlləmək üçün nə lazımdırsa, ediləcəyini” xatırladıb, davam edək.

2016-cı ilin 10-11 iyul tarixlərində baş tutmuş NATO Dövlət və Hökümət Rəhbərlərinin zirvə görüşündə “AB-NATO Ortaq Deklorasiyası" imzalanmışdı. Ərdoğan ilə Müdəfiə Naziri Hulusi Akarın da iştirak etdiyi zirvədən sonra yayımlanan 79 maddəlik bildirişdə NATO-AB-nin hərbi və müdafiə məsələlərindəki iş birliyi vurğulandıqdan sonra belə deyilib:

“AB üzvü olmayan müttəfiqlər ortaq təhlükəsizlik problemlərini həll etmək potensialını gücləndirməyə yönəlmiş cəhdlərinə davam edirlər. AB üzvü olmayan müttəfiqlərin bu cəhdlərə daxil olması, NATO və AB-nin strateji ortaqlığı üçün gərəklidir. Bu sahədə daha güclü bir strateji ortaqlığı dəstəkləmək məqsədilə atılacaq konkret addımları gözləyirik”.

AB üzvü olmayan ölkələrdən biri də Türkiyədir, ona görə də, mesaj bizə ünvanlanıb.

Həmçinin, Ərdoğan da zirvə görüşündən qayıdanda belə bir açıqlama verib:

NATO-AB iş birliyinin uzlaşan çərçivədə inkişaf etdirilməsi ilə bağlı dəstəyimizi verdik. Bunun üçün AB-nin müdafiə və təhlükəsizlik məsələlərində ölkəmizə yönəlmiş öhdəliklərini yerinə yetirməli olduğunu də vurğuladıq”.

Brüsseldəki NATO mərasiminə yunan qrupunun çağırılmasının mahiyyətini başa düşdünüzmü?

Xarici İşlər Nazirinin iddia etdiyi kimi “böyük bir düşüncəsizlik” deyil, 17 illik plana əsasən, qəsdən edilmiş bir xəyanətlə üz-üzəyik.

Ankaranın Xarici İşlər sözçüsünün verdiyi açıqlama və hələ də Kiprdə “həll” haqqında danışılması yunan qrupunun NATO üzvü olmasına müsbət münasibət göstərmək kimi qəbul edilə bilərmi?

Əgər NATO-ya verdiyimiz reaksiyada səmimi idiksə, ən azından Aralıq dənizi dialoqunun 25-ci ildönümü münasibətilə NATO Baş Katibi Stoltenberqin rəhbərliyində ölkəmizdə keçirilən Şimali Atlantik Şurasının iclası ləğv edilməli deyildimi?

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar