Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Donald Trampın çağırışına müsbət cavab verib

NATO ABŞ Prezidenti Donald Trampın çağırışına müsbət cavab verərərək Yaxın Şərqdə regional sabitliyə daha çox töhfə verməyə hazır olduğunu bildirib...

APA-nın "The Hill"ə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald TrampNATO Baş Katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Tərəflər Yaxın Şərqdəki hadisələr, xüsusilə bölgədəki vəziyyət və NATO-nun rolunu müzakirə ediblər.

NATO-nun yaydığı məlumatda bildirilir ki, ABŞ Prezidenti Baş Katibdən NATO-nun Yaxın Şərq prosesində daha yaxından iştirak etməsini istəyib. Rəsmilər NATO-nun regional sabitliyə və beynəlxalq terrorizmlə mübarizəyə daha çox töhfə verəcəyinə dair razılığa gəliblər.

Daha sonra "Twitter"-də Tramp və Stoltenberqin telefon danışığını təsdiqləyən Ağ Evin mətbuat katibinin müavini Cudd Deere söhbət zamanı Yaxın Şərqdə münaqişənin qarşısının alınmasında və sülhün qorunmasında NATO-nun rolunun artırılmasının vacibliyinin vurğulandığını qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp məbuat konfransında İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsindən sonra xalqa müraciətində NATO-nu Yaxın Şərq prosesində daha yaxından iştirak etməyə çağırıb.

Qeyd edək ki, NATO İŞİD-lə mübarizədə Qlobal Koalisiyanın üzvü kimi bölgədə rol oynayır və digər terrorçu qruplaşmalara qarşı mübarizə üçün İraq və Əfqanıstanda təlim missiyalarında iştirak edir. Hazırda Əfqanıstanda 8000 NATO əsgəri var.

Bununla belə Donald Tramp NATO-ya üzv ölkələrin ABŞ-ın müdafiə dollarlarına çox güvəndiyini iddia edərək, bu ölkələrin ittifaqın müdafiə xərclərinə az vəsait ayırması ilə bağlı tez-tez şikayətlənir.

pia.az


Etiket: Donald Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar