Çərşənbə, 28 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

NATO-dakı Türkiyə və Yunanıstanla əlaqədar kritik toplantısı bitdi – “Ankara ilk kövrək uğurunu qazandı”

Türk və yunan hərbi səlahiyyətlilərinin NATO-nun Brüssel qərargahında bugünkü 4-cü toplantısı başa çatıb.

PİA.az xəbər verir ki, növbəti toplantının gələn həftə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, NATO Baş katibi Cens Stoltenberqin təşəbbüsü ilə baş tutan toplantılar üç həftə əvvəl başlayıb. Danışıqların Aralıq dənizində su sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində “texniki” xarakter daşıdığını bildirilir.

Heyətlər bu gün eyni masa ətrafında bir araya gəlib. Türk və Yunanistan rəsmiləri toplantıda Aralıq dənizi su hövzəsinin tərəflər arasında bölüşdürülməsi prosedurlarını müzakirə ediblər. Baş katib Stoltenberg, iki NATO üzvünün təsadüfən qarşıdurmaya girməməsi üçün bir mexanizmin qurulması lazım olduğunu söyləyib və hərbi rəsmilər arasındakı “texniki danışıq”ların Almaniyanın vasitəçiliyi ilə aparılan siyasi danışıqlara töhfə verəcəyinə ümid etdiyini bildirdi.

Bugünkü məlumatları şərh edən fəlsəfə elmləri doktoru Aydəm İsmayılov indiki mərhələyə gəlməsini Türk diplomatiyasının kövrək uğuru adlandırıb. Onun fikrincə, 1923-cü ildə bağlanan Lozanna sazişinə görə, Yunanıstan-Türkiyə arasındakı əksər adalar və adacıqlar yunan tərəfinə verilmişdi: “Osmanlının I Dünya Müharibəsindən məğlub vəziyyətdə ayrılmasından istifadə edən qalib dövlətlərin bu diktəsini Ankara qəbul etməsə də, hər halda müttəfiq dövlətlər Lozanna müqaviləni imzalamışdı. Beləcə, Yunanıstanla Türkiyə arasında 100 ilə yaxındır ki, davam edən mübahisələrin əsası qoyulmuşdur”.



Aydəm İsmayılov bildirib ki, Lozanna müqaviləsinə görə, Yunanıstanın quru sahəsindən 600 km aralıda yerləşən Meis kimi elə adalar var ki, onlar Türkiyə sərhədlərinin 2 km-də yerləşir: “Həmin adaların Yunanıstan ərazisi kimi tanınması faktiki olaraq, Türkiyəyə Aralıq dənizində heç bir haqq tanımırdı. Bu isə NATO-nun ikinci böyük ordusunun hərbi manevr imkanlarını azaldırdı. Zənnimcə, Türkiyənin Aralıq dənizində haqlarının yenidən bərpa olunması bütünlükdə NATO-nun da maraqlarına uyğundur. Odur ki, nə qədər Türkiyənin əleyhinə mövqe tutmalarına baxmayaraq, NATO ölkələrinin sonunda Ankarayla razılaşacağını güman edirəm”.

Türkiyənin “Oruc Rəis” tədqiqat gəmisini Aralıq dənizindən geri çağırarkən bir çoxlarının bunu zəiflik kimi qiymətləndirdiklərini deyən həmsöhbətimiz NATO-nun bugünkü toplantısının tamamilə başqa mətləblərdən xəbər verdiyinə inanır: “Türkiyə “Oruc Rəis” gəmisini geri çağırarkən bu addımı Yunanıstanla NATO çərçivəsində danışıqlara mane olmamasıyla əlaqələndirmişdi. Bəziləri buna inanmır, Ərdoğan siyasətinin iflasa uğradığını düşünürdülər. Xüsusilə Fransanın Şərqi Aralıq dənizinə özünün ən güclü gəmisini göndərdiyi sıralarda “Orus Rəis”in Antalya limanına qayıtması istər-istəməz bu cür şübhələrin yayılmasına yol açmışdı. Bu gün isə Avropadan gələn xəbərlər Türkiyə ilə Yunanıstanın su hövzəsinin bölünməsi ilə əlaqədar müzakirələrə başladığını göstərir. Bu isə Ankaranın öz tələbini qarşı tərəfə qəbul etdirdiyinə işarədir”.

Aydəm İsmayılova görə, Türkiyənin Aralıq dənizində öz hüquqlarını bərpa etmək cəhdinin tədrici uğurlarında bu ölkənin prezidenti Rəcəb Tayib Ərdoğanın da misilsiz xidmətləri olub: “Ümumiyyətlə Rəcəb Tayib Ərdoğan bir çox riskli siyasətlərlə Türkiyənin simasını dəyişdirdi və dünyada sözü keçən dövlətlərdən birinə çevirdi. Zənnimcə, o, təkcə Türkiyənin deyil, həm də Türk dünyasının böyüməsində müstəsna rol oynayan tarixi şəxsiyyət kimi tarixə düşəcək”.(Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İrəvanı indiki duruma salan 21 illik sirr: Quluzadə açıqlamışdı…

"Paşinyan, arvadına de, özünü güldürməsin!" - Aybəniz Haşımova

Diqqət!“WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir - Foto

“Xankəndi itirilən kimi Paşinyan devriləcək” - Rusiyalı ekspert

Separatçıların “müdafiə naziri” belə məhv edildi - Video

Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, yaralananların sayı 13- ə çatıb- Yenilənib 2, Fotolar

Qadın xəyanət edən ərinin cinsiyyət orqanını kəsdi

Çeçenistan müftisindən Makrona sərt sözlər: “Bir nömrəli terroçusan”

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - Video

loading...

Ən çox oxunanalar