Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: “Artıq sabahkı ABŞ dünənki ABŞ-dan çox fərqli olacaq”

Politoloq: “Respublikaçılar partiyasının, yəni Trampı dəstəkləyən bu partiyanın qələbə çalması təkcə ABŞ üçün deyil, eyni zamanda bütün dünya üçün böyük təhlükələr vəd edirdi”

“Bu seçkilər Tramp admistrasiyasının və onu dəstəkləyən evangelist təriqətinin çox böyük məğlubiyyətdir”.

Bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ABŞ-da keçirilən aralıq seçkilərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər vediyimiz kimi ABŞ-da keçirilən aralıq seçkilər başa çatıb. ABŞ Prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası Senat seçkilərində qalib gəlib. Müxalif Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar. Belə ki, ilkin məlumatlara görə Respbulikaçılar Konqresin Yuxarı Palatasında (Senat) 52 yer, Demokratlar isə 48 yer qazanıb. Konqresin Aşağı Palatasına (Nümayəndələr Palatası) keçirilən seçkilərdə isə Respublikaçılar Partiyası 197 yerə, Demokratlar Partiyası isə 238 mandata sahib olub.

Bu dəfə ki, aralıq seçkilərdə Nümayəndələr Palatasının 435 üzvünün hamısı, Senatın isə üçdə biri müəyyən ediləcək. Həmçinin 36-da şatatda qubermator seçkiləri keçirilib.

Qeyd edək ki, dünən keçirilən aralıq seçkilər ABŞ tarixində ən bahalı aralıq seçki olub. Belə ki, bu seçkilərə 5 milyard dollar vəsait sərf olunub.

Bu dəfə keçirilən seçkilərə isə xarici müdaxilənin olmadığı bildirilib. ABŞ-ın kəşfiyyat rəsmiləri bildiriblər ki, seçki prossesinə hakker hücumu qeydə alınmayıb. Qeyd edək ki, 2016-cı ildə keçirilən prezident seçkilərində ABŞ Rusiyanı seçkilərə müdaxilə etməkdə günahlandırıb və bu məsələ hələ də xüsusi prokuror Robert Müller tərəfindən araşdırılır.

Bu seçkilərdən sonra Demokratlar Trampın radikal siyasətinin qarşısını ala bilmək üçün gücə sahib ola bildilərmi, yoxsa demək olar ki, vəziyyət dəyişməz olaraq qaldı?

PİA.az-ın əməkdaşı politoloq Natiq Miridən ABŞ-da dünən keçirilən seçkiləri şərh etməyi xahiş edib.

Natiq Miri: “Respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında qalib gəlmiş olsaydı, bu Tramp admistrasiyasının siyasətinin davam ediləcəyi anlamına gələcəkdi. Bu da dünyanın yeni nizamı üçün çox böyük təhlükələr vəd edirdir”.

Bu seçkiləri Tramp admistrasiyasının və onu dəstəkləyən evangelist təriqətinin çox böyük məğlubiyyəti kimi qiymətləndirən politoloq Natiq Miri əlavə edib ki, Konqresə ara seçkilərində əgər həqiqətən də Respublikaçılar hər iki palatada, yəni həm Senatda, həm də Nümayəndələr Palatasında qalib gəlmiş olsaydı, bu Tramp admistrasiyasının siyasətinin davam ediləcəyi anlamına gələcəkdi. Bu da dünyanın yeni nizamı üçün çox böyük təhlükələr vəd edirdi:

“Bu seçkilər Tramp admistrasiyasının və onu dəstəkləyən evangelist təriqətinin çox böyük məğlubiyyətdir. Çünki Konqresə ara seçkilərində əgər həqiqətən də Respublikaçılar hər iki palatada, yəni həm Senatda, həm də Nümayəndələr Palatasında qalib gəlmiş olsaydı, bu Tramp admistrasiyasının siyasətinin davam ediləcəyi anlamına gələcəkdi. Bu da dünyanın yeni nizamı üçün çox böyük təhlükələr vəd edirdi. Çünki Tramp hakimiyyətə gələndən sonra dünyada mövcud olan bütün beynəlxalq münasibətlər sistemi tamamilə darmadağın oldu.

Bu gün ABŞ öz strateji müttəfiqləri də olmaq şərti ilə bütün dünya dövlətlərinə bir növ ticarət savaşı açmış durumdadır. Həmçinin ABŞ-ın ipini çəkdiyi ən böyük hərbi güc olan NATO-nun özündə də bu gün müəyyən parçalanma təhlükələri mövcuddur. Hətta ABŞ ənənəvi, strateji müttəfiqlərini də getdicə itirməkdədir. Bu kontekstdə dünyada olan nizamən pozulması və yeni qlobal müharibələrin ortaya çıxması təhlükələri getdikcə artmaqdadır.

Natiq Miri: “Tramp hamiyyətə gələndən sonra demək olar ki, ABŞ-ın konstitusiyası tamamilə göz ardı edilib”.

Respublikaçılar partiyasının, yəni Trampı dəstəkləyən bu partiyanın qələbə çalması təkcə ABŞ üçün deyil, eyni zamanda bütün dünya üçün böyük təhlükələr vəd edirdi. Çünki Tramp hakimiyyətə gələndən demək olar ki, ABŞ-ın konstitusiyası tamamilə göz ardı edilib.

Bildiyimiz kimi Demokratların qələbə çaldığı yerlərdən biri də keçmiş Nümayəndələr Palatasında spiker olan Nancy Pelosidir. Bu xanım Demokratların Nümayəndələr Palatasında qalibiyyətini elan edib və ABŞ-da getdikcə dərinləşən qütbləşmənin qarşısın almaq üçün artıq Demokratların Respublikaçılarla qütbləşmə deyil, bir yerdə əməkdaşlıq çərçivəsində işləməyi vəd edib. Buna görə də yenidən ABŞ-ın konstitusiyasının işlək vəziyyətə gələcəyini vəd edib. Bu da o anlama gəlir ki, indiyə qədər Tramp hakimiyyəti dönəmində ABŞ-ın konstitusiyası ciddi şəkildə pozulub.

Natiq Miri: “Artıq sabahkı ABŞ dünənki ABŞ-dan çox fərqli olacaq. Tramp və Trampı dəstəkləyən qüvvələr bundan sonra ABŞ-da qlobal sahədə istədiklərini edə bilməyəcəklər”.

Əgər bir prezident konstitusiyanı ciddi şəkildə pozursa, onda çox rahatlıqla bu prezidentə ABŞ qanunverici orqanlarında, yəni hər iki palatada artıq impicment, istefa məsələsi rahatlıqla qoyula bilər. Buna görə Nümayəndələr Palatasında Demokratların üstünlük əldə etməsi Trampa qarşı başladılan bir çox istintaq proseslərinin yenidən gündəmə gətirləcəyi anlamına gəlir.

Hətta müəyyən Respublikaçıların da dəstəyi olduğu halda düşünürəm ki, bu prosesi Demokratlar impicmentə qədər apara bilərlər. Həmçinin Nümayəndələr Palatasında Demokratların qələbə qazanması Trapın siyasətinə qanunvericilik səviyyəsində bir nəzarətin olunacağı alnamına da gəlir.

Bildiyimiz kimi ABŞ-da qarşılıqlı tənzimləmə, qarşlıqlı nəzarət sistemi mövcuddur ki, bu sistem Konqres seçkilərinə qədər pozulmuşdu. Çünki Tramp admistrasiyası admistrasiyanı ciddi tənqid edəcək qanunvericilik orqanlarında yetərli sayda deyildi. Yəni müxalifət azlıqda olduğu üçün buna qarşı ciddi dirənə bilmirdilər.

Ancaq Konqresə Ara seçkilərində Nümayəndələr Palatasında üstünlük qazanan Demokratlar Trampın verdiyi qərarlara qarşı ciddi şəkildə çıxa biləcəklər və eyni zamanda Tramp Adminstrasiyasına qarşı qərarlar qəbul etmək imkanlarına sahib olublar.

Düşünürəm ki, ABŞ-da yeni vəziyyətin yaranması ehtimal çox böyükdür. Artıq sabahkı ABŞ dünənki ABŞ-dan çox fərqli olacaq. Tramp və Trampı dəstəkləyən qüvvələr bundan sonra ABŞ-da qlobal sahədə istədiklərini edə bilməyəcəklər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar