Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq İmanov: "Siz 44 gündür ki, adi məsələni həll edə bilmirsiz"

Sabiq gömrük əməkdaşı, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Natiq İmanov Ombudsman Səbinə Əliyevaya müraciət ünvanlayıb. JAMAZ.İNFO xəbər verir ki, rüşvət maddəsi ilə həbs olunmuş İmanov müraciətində Ombudsmanın onun müraciətinə baxmamaqda qınayıb.

O qeyd edir ki, müraciətlərində qeyd olunmuş hüquq pozuntularına məhkəmə baxışlarının ədalət mühakiməsinin prinsiplərinə uyğun deyil, hər hansı kənar müdaxilənin təsiri ilə aparılıb. “Təəssüflər olsun ki, pozulmuş hüquqlarımıın bərpasının məhz Sizin tərəfinizdən təmin olunması məqsədilə Ali Məhkəməyə verilmiş kassasiya şikayətimi məhkəmə icraatından geri götürsəm də, müraciətimdən 44 gün sonra şikayətimə baxılmasından imtina cavabı verildi. Hörmətli Səbinə xanım, 44 günə şanlı ordumuz xalqımızın 30 illik problemini həll etdi, torpaqlarımızı geri qaytardı! Sizə ünvanlanmış digər müraciətlərim isə cavabsız qalaraq, nəticədə yenə Ali Məhkəmənin məsuliyyətinə yönləndirildi”.

O yazır ki, hüquq pozuntuları və məhkəmələrə kənar müdaxilə ilə əlaqədar aidiyyəti orqanlara göndərilmiş müraciətlərini də səlahiyyətlərindən kənar hesab edilərək Ali Məhkəmənin öhdəliyinə istiqamətləndirilib. “Əgər dövlət orqanları və vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və Konustitusiya qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmiş Ombudsman Aparatı müraciətimin araşdırılmasını rədd edilərsə, məhkəmələrdə işə yalnız tərəfindən verilən ittiham çərçivəsində baxılan orqan-Prokurorluq tərəfindən müraciətlərimdə göstərilən qanun pozuntularına əhəmiyyət verilmədən, səlahiyyətlərə malik olmasına baxmayaraq, Ali Məhkəmənin öhdəliyinə göndərirsə, cənab Prezidentimizin Fərmanının icrası ilə əlaqədar olaraq məhkəmələrdə kənar müdaxilənin və suni maneələrin aradan qaldırıması məqsədilə yaradılmış Məhkəmə Hüquq Şurasının “Korrupsiyaya qarşı və məhkəmə monitorinqi” sektoru vəzifəsinin icrasından boyun qaçırırsa, lap başdan mənə qarşı qərəzli mövqe tutan, həqiqətə uyğun olmayan, qanunsuz sənədlər hazırlayan Dövlət Gömrük Komitəsinə ünvanlanmış müraciətlərimə heç bir əhəmiyyət verilmirsə və nəhayət bütün aidiyyəti orqanların məsuliyyəti yönləndirdiyi Ali Məhkəməyə kənar müdaxilənin mövcudluğu açıq-aşkar görünürsə mən hüquqlarımın bərpasını harda axtarmalıyam?”

Natiq İmanov daha sonra yazır: “Bunlara baxmayaraq qeyd olunmuş qanunsuz hərəkətlərə aidiyyatı orqanların göz yumması, onlara laqeyd yanaşması mənim qanunçuluq prinsipinə və hakimiyyət orqanlarının hüququn aliliyini təmin etdiyinə dair inamımı sarsıdır. Əgər hakimiyyət orqanları Cənab Prezidentiminizin göstərişlərinə uyğun olaraq qanunun aliliyini təmin edə bilmirsə mənim bunun üçün beynəlxalq təşkilatlara üz tutacağım istisna deyil. Bugünə kimi hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinin şəxsi maraqlarının ölkəmizin beynəlxalq səbiyyədə qorunan milli maraqlarından üstün tutulmaması üçün əlimdən gələni edərək aidiyyəti orqanlara kifayət qədər xahiş məktubları göndərmişəm!

Aidiyyəti orqanlar buna da laqeyd yanaşılarsa beynəlxalq təşkilatlara üz tutmağım üçün məni “antimilliqüvvə” kimi qələmə verib qınamasınalar!

Bir daha bildirirəm ki, mən hüquqlarımın müdafiəsi çərçivəsində əlimdən gələni edəcək, ölümümlə də olsa günahsızlığımı sübut edəcəyəm”.

Həbsdə olan gömrük əməkdaşı bildirir ki, ona qarşı olan qərəzli mövqeyin və hüquqlarının pozulduğunun əyani sübutu olsun deyə, Ombudsmana Dövlət Gömrük Komitəsi və Prokurorluq tərəfindən qərəzli və qanunazidd şəkildə hazırlanmış bəzi sənədləri göndərib. “Ərizəmə əlavə olunmuş müstəntiqin tərtib etdiyi “şahidi dindirmə” protokolunda Z.Mansur öz ifadələri ilə ona gömrük əməkdaşları tərəfindən psixoloji təsir göstərildiyini təstiq etsə də, müstəntiq onun əməlini “sübutların qiymətləndirilməsi” haqqında qərarında “könüllü məlumat vermə” kimi qiymətləndirərək onu cinayət məsuliyyətindən azad edib. Halbuki, Azərbaycan Respublikası adından Konstitusiya Qərarına əsasən “könüllü gəlib təqsirini boynuna alma” şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanlarına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsi deyil, könüllü olaraq gəlməsindən və törədilmiş və ya hazırlanmış cinayət, yaxud da onda iştirakı barədə düzgün düzgün məlumat verməsindən ibarət olmalıdır. Qeyd olunanlardan açıq-aydın görünür ki, müstəntiq respublikamızın ən ali orqanının qeyri-qanuni hesab etdiyi əməli umimiləşdirərək, Dövlət Gömrük Komitəsinin qərəzli mövqeyini davam etdirərək, baş vermiş cinayətin üstünü ört-basdır edib. DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən hazırlanmış raportda (Rəsul Məsimovun raportu) mənim, guya, digər gömrük əməkdaşlarından qeyri-qanuni pullar almağım barədə Z.Mansurun məlumat verməsi onun öz ifadəsinə zidd olmuş və həqiqəti əks etdirməmişdir”.

İmanovun sözlərinə görə, Rəsul Mənsumovun Z.Mansura zəng vuraraq, heç bir əsas olmadan onun rüşvət almasını etiraf etməsi barədə həqiqətə uyğun olmayan, yalan məlumat verməsi isə heç bir hüquqi norma və prosedurlara uyğun olmamış, qeyri-qanuni olmuşdur. “Qeyd olunan faktlar bir daha gömrük əməkdaşlarının məhz “rüşvət alma”cinayət əməli ilə ittiham olunmağım üçün qeyri-qanuni, qərəzli addımlar atdığını təsdiq edir. Baş Prokrorluğun isə DGK-nın qərəzli mövqeyini davam etdirməsi ayrı-seçkiliklə, qanunvericiliyin tələblərini pozmaqla tərtib etdiyi sənədlərdə açıq-aydın öz əksini tapmışdır”.

Natiq İmanov sonda Ombudsmandan artıq mənasız və əhəmiyyətsiz olduğu üçün heçnə xahiş etmədiyini vurğulayıb. “Artıq hüquq və azadlıqlarımın pozulması ilə bağlı faktlar, əsaslandırılmış məlumatlar beynəlxalq insan hüquqlarının müdafiəsi ilə ixtisaslaşmış təşkilatlara göndərilmişdir”.

Qeyd edək ki, Ombudsman Aparatı Natiq İmanovun işini nəzarətə götürdüyünü, məsələni araşdıracağını bildirib.

pia.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar