Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: "Hər uşağa 300 manat verilsin" deyirsənsə, deməli, hakimiyyətə gəlmək fikrin yoxdur”

“Bəzi populistlər sosial mövzulara girəndə elə bilirlər ki, "auksiondur", kim daha böyük rəqəm desə, o qalib gələcək. Xalqın intellektual potensialı ilə alay edirlər, mövzuları araşdırmırlar. Həm də elə bilirlər ki, İlham Əliyev daimi prezident, YAP həmişə hakimiyyətdə olacaq, ona görə də danışanda, rəqəm səsləndirəndə boğazdan yuxarı danışırlar, biz isə məsələlərə həmişə məsuliyyətlə yanaşmağa, özümüzü gələcək hökumət kimi düşünməyi öyrətməyə çalışırıq”.

PİA.az-ın xəbərinə görə, REAL Partiyanın funksioneri Natiq Cəfərli deyib.

“Sən bu gün çıxıb, "hər uşağa 300 manat verilsin" deyirsənsə, deməli, sənin hakimiyyətə gəlmək fikrin yoxdur, içiboş populizmlə məşğulsan, gələcəkdə özünü hökumət kimi görmürsən: Ölkədə 2,8 mln. 18 yaşına qədər uşaq var, hər birinə 300 manat versək bu ilə 10 mlrd. manatan çox, 200 manat versək 7 mlrd, 100 manat versək 3,5 mlrd. manat edəcək - büdcə isə 25 mlrd. manat civarındadır. Gələcəkdə bu hakimiyyətə qalib gəlib özü hökumət olmaq istəyən ciddi siyasi qüvvə təklif verərkən bunun mənbələrini də elan etməlidi, amma həmin populist kəsim nə deyir?! Deyir ki, "oliqarxlardan alıb paylamaq lazımdı", tipik bolşevik düşüncəsidir, amma, tutalım elədir, 1 il onlardan aldın, 2 il alıb payladın, bəs sonra?! Biz isə məsuliyyətli yanaşma təklif edirik ki, sabah hökumət olanda dediyimizi yerinə yetirə bilək: Uşaqpulu məsələsi mütləq həll edilməlidir, amma bunun ədalətli və davamlı olması lazımdır, bunun üçün isə ilk növbədə ehtiyacı olanlar, sosial vəziyyəti ağır olan ailələr almalıdır. Hamıya, məsələn, 20-30 manat verməkdənsə, ehtiyacı olanlara 100-150 manat vermək daha doğrudur. Ölkə büdcəsidən ilə 1 mlrd. manatı bu məsələyə ayırmaq olar - bunu əsaslandırmaq mümkündür. Belə yanaşmanı həm hökumətdən tələb etmək lazımdır, həm də özümüz hökumət olanda edə biləcəyik Siyasətçi məsuliyyətli olmadısa, populizm "qusdusa", eləsindən heç kimə xeyir gəlməyəcək, bunu dəqiq bilin...”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar