Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: “Bir çox məmurlar “Tərəfdaşlıq” sazişinin əleyhinə çıxırlar”

REAL Partiyasının icraçı katibi: “Bu tək iqtisadi narahatçılıq, yəni maliyyə mənbələri ilə bağlı olan narahatçılıq deyil, həm də Avropa Birliyi ilə sıx əlaqələrin yaranması Rusiyanın maraqlarına cavab vermir”

“Əgər “Tərəfdaşlıq” sazişi baş tutmasa və proses ləngisə, bu zaman həm Avropa Birliyi, həm də Azərbaycan itirəcək. Yəni Avropa Birliyi Azərbaycandan narazı qalacaq, Azərbaycanın sivil toplumu, siyasi təşkilatları, müxalif partiyalar da ciddi zərər görəcəklər”.

Aprelin 4-də Brüsseldə Avropa Birliyi (AB)-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilib. İclasda Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan-AB əməkdaşlığının vəziyyəti nəzərdən keçirilib.

Şuraya Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və AB tərəfdən AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini sədrlik edib. İclasda 2018-ci il sentyabrın 28-də qəbul edilmiş 2018-2020-ci illər üzrə tərəfdaşlıq prioritetlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin şurada Azərbaycanda aparılan islahatlar, iqtisadi və ticari əməkdaşlıq, enerji sahəsində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi, nəqliyyat, təhsil, ətraf mühit kimi məsələlər, mobillik, həmçinin vizanın sadələşdirilməsi və readmissiya sazişinin icrası müzakirə olunub. Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsi və digər regional məsələlərə dair müzakirə aparıblar.

Elmar MəmmədyarovFederika Mogerini görüşün yekunlarına dair mətbuat konfransı keçiriblər.

PİA.az-ın əməkdaşı Avropa Birliyi (AB) ilə Azərbaycan arasında gələn ay imzalanması gözlənilən “Tərəfdaşlıq” sazişi bağlı REAL Partiyasının icraçı katibi Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Azərbaycan höküməti məcbur olacaq ki, vergi və gömrük qanunvericiliyini dəyişdirsin”.

PİA.az Respublikaçı Alternativ Hərəkatı Partiyasının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli ilə olan müsahibəni təqdim edir:

- Natiq bəy, gələn ay Azərbaycanla Avropa Birliyi arasında “Tərəfdaşlıq” sazişi imzalanacaq. Bu sazişin ölkəmizin daxili proseslərinə hansı təsirləri ola bilər? Xüsusən siyasi sahədə hansı dəyişiklilər gözlənilir?

- “Tərəfdaşlıq” sazişinin müzakirəsi çox qapalı keçsə də, Avropa Parlamentinin qətnaması var idi ki, bu saziş çərçivəsində Azərbaycanda nəyinki sosial, iqtisadi həm də siyasi problemlərin həlli ilə bağlı müəyyən fürsətlər pəncərəsi açılacaq. O cümlədən Azərbaycan hökuməti ilə Avropa Parlamenti arasında siyasi məhbusların azad olunması, qanunvericilikdə dəyişikliklərin olunması ilə bağlı müəyyən danışıqlar gedir. Bu danışıqların da yaxın günlərdə yekunlaşması gözlənilir.

Biz bu yaxınlarda Brüsseldə səfərdə olduq. Səfər zamanı Brüsseldəki görüşlərimizdə Azərbaycanda bəzi problemlərin həlli ilə bağlı ciddi addımların atılmasına, sazişlə bağlı açılan fürsətlərin dəyərləndirilməsinə ehtiyac olduğunu bildirmişdik. Biz ümid edirik ki, bu sazişin bağlanması Azərbaycan Avropa Birliyi əlaqələrinin daha da dərinləşməsinə və Azərbaycanda müəyyən dəyişikliklərin olmasına fürsət pəncərəsi açacaq.

Natiq Cəfərli: “Azərbaycan hökumətin çoxdandır qoşulmaq istəmədiyi Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır”.

“Tərəfdaşlıq” sazişi olmasa, bu fürsətlərin açılması mümkün olmayacaq. Çünki Azərbaycan hökumətin çoxdandır qoşulmaq istəmədiyi Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. Bu da Azərbaycanda açıq bazarın formalaşması, liberallaşması, investisiyaların olması və yeni fürsətlərin yaranmasına səbəb olacaq. Həmçinin Azərbaycan daxilində olan problemlərin Avropa İnstitutları ilə birgə həyata keçirmək də mümkün olacaq.

Əgər “Tərəfdaşlıq” sazişi baş tutmasa və proses ləngisə, bu zaman həm Avropa Birliyi, həm də Azərbaycan itirəcək. Yəni Avropa Birliyi Azərbaycandan narazı qalacaq, Azərbaycanın sivil toplumu, siyasi təşkilatları, müxalif partiyalar da ciddi zərər görəcəklər. Çünki bu saziş müəyyən imkanların açılmasına şəriat yaradır.

- Bilirik ki, Azərbaycanda iqtisadiyyatın inkişafına ciddi manelər yaradan bir sıra faktorlar var. Bunların arasında korrupsiya, monopoliya və azad bazar prinsiplərinin olmamasını göstərmək olar. Azərbaycanla Avropa Birliyi arasında “Tərəfdaşlıq” sazişi Azərbaycanda biznes mühitinə necə təsir edəcək?

- Bayaq qeyd etdiyim kimi Ümumdünya Ticarət Təşkilatına üzvlük çox mühüm məsələdir. Azərbaycan höküməti məcbur olacaq ki, vergi və gömrük qanunvericiliyini dəyişdirsin. Vergi və gömrük qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırsın, bazarın daha çox açılmasına, liberallaşmasına uyğun qanunlar qəbul etsin, investisiyların qorunması ilə bağlı addım atsın. Yəni kifayət qədər Azərbaycan tərəfinin öhdəliyi və görüləcəyi işlər var.

Amma Azərbaycan hökümətinin özünün də səmimi yanaşmasından çox şey asılı olacaq ki, bu sadaladığım addımlar Avropa Birliyindən daha çox Azərbaycanın özünə daha çox lazımdır. Çünki sadaladığım addımlar olmasa, Azərbaycanda iqtisadi inkişaf dayanıqlı olmayacaq. Azərbaycanda iqtisadi inkişafın ləngiməsini görəcəyik və ciddi problemlərin yenidən yaşanmasının şahidi olacağıq.

Natiq Cəfərli: “Neft qiymətində daha bir enmə əməliyyatını yaşasaq, Azərbaycan iqtisadiyyatında ciddi çalxalanmalar olacaq”.

Hələlik neftin qiyməti yüksəkdir deyə bu problemlər son bir ildə, il yarımda bir az arxa plana keçib. Amma heç bir zəmanət də yoxdur ki, neftin qiyməti yuxarı qalacaq. Neft qiymətində daha bir enmə əməliyyatını yaşasaq, Azərbaycan iqtisadiyyatında ciddi çalxalanmalar olacaq. Buna görə də struktur islahatları, Azərbaycan iqtisadiyyatının beynəlxalq normalara uyğunlaşması Azərbaycan hökümətinə, Azərbaycanın özünə lazım olmalıdır.

- Əldə etdiyimiz məlumatlara görə bəzi məmurlar Azərbaycanla Avropa Birliyi arasında “Tərəfdaşlıq” sazişindən narahatlıq keçirirlər. Bu əsasən onları Avropada olan sərvətləri və hesabları ilə bağlıdır. “Tərəfdaşlıq” sazişi məmurların Avropadakı biznes və hesabları üçün hər hansı təhlükə yaradırmı, yoxsa əksinə?

- Əksinə deyil. Son zamanlar həm Böyük Britaniyada, həm də Avropa Birliyində maliyyə mənbələrinin şəffaflığı ilə bağlı qanunlar qəbul olunub və ciddi araşdırmalar gedir. Azərbaycan daxilindəki korrupsiya ilə böyük məbləğlər əldə edən məmurların narahatçılığını bu anlamda görmək olur.

Natiq Cəfərli: “Rusiya tərəfdən Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin genişlənməsi qısqanclıqla qarşılanır”.

Bu tək iqtisadi narahatçılıq, yəni maliyyə mənbələri ilə bağlı olan narahatçılıq deyil, həm də Avropa Birliyi ilə sıx əlaqələrin yaranması Rusiyanın maraqlarına cavab vermir. Rusiya tərəfdən də Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin genişlənməsi qısqanclıqla qarşılanır.

Ola bilər ki, bəzi məmurların əsas da Sovet sistemindən çıxmış məmurların hələ də, Rusiya ilə əlaqələri qalmaqdadır. Həmin məmurların Rusiyanın təsiri ilə “Tərəfdaşlıq” sazişinin əleyhinə çıxmasına şərait yaranır.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar