Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: “2008-ci ildən fərqli olaraq, hazırda real sektor çöküb”

Sinqapurda 11 faizə yaxın iqtisadi azalma qeydə alınıb

Dünyada bir çox iqtisadiyyat analitikləri bu gün baş verən böhranı 2008-ci il böhranı ilə müqaisə edirlər. İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bu, çox səhv yanaşmadı, çünki bu gün baş verən proseslər daha dərin, daha ağır fəsadlar yaradır, dünya iqtisadiyyatına çox böyük qalıcı zərbələr vurur.

Ekspert bildirir ki, 2008-ci ildə baş verən hadisə maliyyə böhranı idi: “Yəni maliyyə bazarlarını xilas etmək lazım idi, bu gün baş verənlər isə real sektorun böhranıdır – bu çox ciddi fərqdir, izah etməyə çalışacam. 2008-ci ilin sentyabr ayının 15-də “Lehman Brothers” investisiya bankı özünü müflis elan etdi, bu domino effekti yaratdı, ard-ardına banklar, investisiya fondları çökməyə başladı. O zaman böhrandan öncə 2007-ci ilin sonunda FED-in uçot dərəcəsi 4,25 faiz idi, 2008-ci ildə böhran başlayan kimi FED uçot dərəcəsini salmağa başladı, ilin sonunda isə demək olar ki, sıfırladı. Bundan başqa, 4 trilyon dollarlıq təşviq paketi açıqladı, bazarlara, birjalara, banklara çox aşağı faizlə dollar səpdi. Bundan başqa, FED özü birbaşa qiymətli kağızlar alaraq bankları, maliyyə sektorunu ayaqda tutdu. O zaman ABŞ-a paralel olaraq Avropa Birliyi dövlətləri, Çin, Yaponiya (həm Mərkəzi Banklar, həm də hökumətlər) da təşviq paketləri qəbul etdilər – o zaman dünya üzrə qəbul edilən təşviq paketlərinin həcmi 7 trilyon dollar oldu. Beləliklə, ABŞ və digər dünya liderləri cəmi bir ilə böyük həcmdə təşviq proqramları ilə dünya iqtisadiyyatını xilas etdilər, artıq 2009-cu ilin yazın sonunda maliyyə bazarları özünə gəldi, böhran arxada qalmağa başladı”.

Natiq Cəfərli qeyd edir ki, bu gün baş verənlər pulla həll olunacaq məsələ deyil: “Real sektor durma nöqtəsinə gəlib. Ən pisi də odur ki, FED, AB, Çin, Yaponiya əllərində olan bütün “silahları” dərhal masaya düzdülər – yəni bundan çox nəsə etmək mümkün deyil. ABŞ-da FED və hökumət 6 trilyon dollar təşviq açıqladı, AB ölkələri və digər dövlətlərin də birgə təşviq paketləri 6 trilyon dollardan çoxdur – toplamda bu gün dünya banklara, birjalara, bazarlara 12 trilyon dollar səpib, dünyanın keçən il toplam ÜDM-i isə 86 trilyon dolar olub. Yəni bundan artıq nə Mərkəzi Banklar, nə hökumətlər dünya iqtisadiyyatına əlavə pul səpə bilməz, amma görürük ki, belə böyük təşviq rəqəmlərinə baxmayaraq, birjalar özünə gəlmir, düşmə davam edir. Səbəbi çox sadədir: Dünya evə qapanıb, tələb düşüb, ticarət dövriyyəsi yerlərdə sürünür. Dünyada iqtisadi aktivliyin ən obyektiv göstəricilərindən biri neft istehlakıdır – bu gün dünyada neft istehlakı 25 faizə yaxın düşüb, bu, çox böyük və önəmli rəqəmdir.

Daha sadə dillə izah etsək, dünyada turizm sıfırlanıbsa bu özü azı 12 iqtisadi sahəni sıfırlayır, ən çox xidmət sahəsi çöküb, dünya ÜDM-nin böyük bir qismi isə məhz xidmət sahəsidir. Amma tək xidmət sahəsi deyil, qeyri-ərzaq istehsalı, istehlakı da çöküb – satışlar durma nöqtəsinə gəlib. Bu iki önəmli sahə (istehsaldan başlayaraq satışa qədər) dünya ÜDM-nin lokomotivi, iş potensialı yaradan ən önəmli sahələrdir. Ölkələr göydən pul səpsələr də real sektorda olan böhran bununla düzəlmir – ona görə əvvəldə qeyd etdim ki, 2008-ci il böhranı ilə fərq fundamentaldır.

Dünya iqtisadiyyatını nə gözləyir, sualına ən yaxşı cavab dünən Sinqapurdan gəldi – bu ölkədə statistika tam elektronlaşdırılıb, kölgə iqtisadiyyatı sıfıra yaxındır, əsasən xidmət (birja da xidmət sahəsidir) və turizm üzərində qurulmuş iqtisadiyyatı var. Dünən dünyada ilk olaraq məhz Sinqapur 1-ci rübün iqtisadi rəqəmlərini açıqladı – ölkə ÜDM-i ilin ilk 3 ayında -10,6 faiz çöküb, mənfiyə gedib. Dəhşətli rəqəmdir, dünyanı gözləyən aqibətin ilk carçısıdır". (musavat.com)

pia.az


Etiket: İqtisadiyyat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar