Bazar ertəsi, 06 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Natəvanın abidəsinə qarşı vandalizm törədilməsi ilə bağlı merə müraciət olunub

Belçikanın Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi Avropada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub...

 

 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi bu xoşagəlməz insidentlə bağlı məktubla Vaterlo şəhər meri Floran Röterə müraciət ediblər.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının məktubunda bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar günündən bir qədər sonra baş verən bu insident Azərbaycan qadınına şiddət və vandalizm aktı kimi qiymətləndirilir: “Bu, yolverilməzdir və günahkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlərin görülməsini xahiş edirik”.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovun məktubunda bu hadisə dəhşətli xəbər adlandırılıb: “Təəssüf ki, kimin bunu edə biləcəyindən anlayışımız yoxdur və biz kimin və nədən bunu etdiyini öyrənmək istəyirik. Biz sizdən və müstəntiqlərinizdən kimin bunu etdiyini araşdırmağınızı xahiş edirik. Biz çox məşhur şairlərimizdən birinə ucaldılmış bu abidəni yüksək dəyərləndiririk və bu hərəkət bizim üçün çox ağırdır. Ümid edirik ki, bunun nə məna kəsb etdiyini və Vaterloda bu abidənin bizim üçün necə dəyərə malik olduğunu siz başa düşürsünüz”.

Sonda merin bu məsələ ilə bağlı tezliklə cavab verəcəyinə ümid ifadə olunub.

Qeyd edək ki, Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvana abidə ucaldılması Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib Abidənin açılışı 2016-cı il fevralın 18-də olub. Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində görülən işlərə bir töhfədir.

Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.(apa)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cəlilabad xəstəxanasında tibbi vasitələrin yetməzliyindən tibb işçiləri koronavirusa yoluxub - Foto

"Əli Həsənov və Vüqar Səfərli məsuliyyətə cəlb edilməlidir” - Jurnalist

Sabiq deputat Hadı Rəcəblinin kölgədə qalan daha 5 şirkəti üzə çıxdı - Foto

Koronavirusu ilk dəfə aşkarlayan həkim olanları yazdı və yoxa çıxdı

Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir - Foto

Koronavirusla bağlı xoş xəbər: Yoluxmanı azaltmaq mümkün olacaq - Yenilik

Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...

Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü

"Relax" istirahət mərkəzində karantində olan iki tələbə bacının məktubu hər kəsi kövrəldib - Foto

Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat edib - Qərargah

Son zamanlar Qazaxda erməni təxribatının intensivləşməsi nəylə əlaqəlidir?

Çində koronavirusun ikinci dalğası başladı – Karantin

loading...

Ən çox oxunanalar