Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NASA-nın missiyası yeni planetlər kəşf edib

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ötən ilin iyul ayından kosmosu müşahidə edən planet kəşfi üzrə TESS missiyası inanılmaz kəşflərə imza atıb

AZƏRTAC-a istinadən bildirir ki, yanvar ayında bu missiya tərəfindən 3 ekzoplanet aşkar olunub. Son kəşf isə Saturnun ölçüsündə olan və NASA-nın "qızmar Saturn" adlandırdığı planetdir. Planet barədə məlumatlar The Astronomical Journal nəşrində dərc olunacaq.

Bu kəşflə yanaşı, asteroseysmoloqlar yeni planetlərdə və ulduzlarda "ulduz zəlzələsi" adlanan prosesi də öyrənirlər. Onlar ulduzların yaşını müəyyən edə bilir, həmçinin onların çəkisi və radiusunu da ölçürlər. Astronomlar müəyyən ediblər ki, kiçik planetlərin radiusu Yer kürəsindən doqquz dəfə, çəkisi isə 60 dəfə artıqdır. Uzaq ulduzların Günəşdən 5 milyard il daha qədim və böyük olduğu da aşkar edilib.

Ayova Dövlət Universitetinin professoru Stiv Kavalerin sözlərinə görə, TESS missiyasının kəşfləri təkcə yeni planet və ulduzların üzə çıxarılması deyil, həm də Yerin və Günəşin gələcəyinin öyrənilməsi baxımından əhəmiyyətlidir. O əlavə edib ki, bu proqram Kepler kosmik teleskopu vasitəsilə astronomiya elminə böyük töhfələr verib. TESS çərçivəsində teleskopun əhatə dairəsindən 400 dəfə geniş fəza müşahidə olunub, 200 mindən çox yaxın parlaq ulduz qeydə alınıb. Tədqiq edilmiş 1822 ulduzun olduğu kataloq Astrophysical Journal Letters nəşrində dərc edilib. Yaşayış üçün münbit şərait olması ehtimal edilən göy cisimləri "Goldilocks" zonası adlandırılıb. Əsas meyar isə bu planetlərdə suyun olmasıdır.

Kornel Universitetindəki TESS qrupunun aparıcı mütəxəssisi Layza Kalteneqer qeyd edib ki, bir çox planetlərdə həyat əlamətləri ola bilər, lakin əsas vəzifə Yerə bənzər və bizim özümüzün yaşaya biləcəyi göy cisimlərini öyrənməkdir. Onun sözlərinə görə, TESS kataloqu sayəsində Yerə daha yaxın ulduzları aşkar etmək mümkün olacaq. Alim vurğulayıb ki, hazırda kataloqda olan 408 ulduz Yerdəki şəraitə daha yaxın göy cisimləri kimi öyrənilir. "Tədqiqatlar göstərir ki, qayalıq səthi olan və Marsa bənzəyən çoxlu soyuq planetlər mövcuddur, lakin onların arasında bizim planetə daha yaxın olanları tapmalıyıq", - deyə astronom qeyd edib.

Əslində, NASA mütəxəssisləri TESS proqramı çərçivəsində 1500 ekzoplanet kəşf etməyi düşünürdü, amma sonrakı təhlillər göstərdi ki, onların sayı minlərlədir. Bu planetlərdən 300-ü Yer kürəsi boyda, yaxud planetimizdən iki dəfə böyükdür. Onlar gələcəkdə bizim Günəş sistemindən kənarda həyatı davam etdirmək üçün yararlı ola bilərlər. Apreldə fəaliyyətini başa çatdıracaq Kepler teleskopundan sonra TESS proqramı çərçivəsində müşahidələr James Webb Space teleskopu ilə aparılacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar