Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkomaniya - Azərbaycan bu bəla ilə necə yola gedir?..

Ölkədə narkomanların sayının günü-gündən artması hansı amillərlə bağlıdır?..

Psixoloq: “Narkomaniyaya qarşı görülən tədbirlər kafi deyil. Kafi olmadığına görə də bu gün narkomaniyanın qarşısı tam alına bilməyib”.

“Gənclər arasında narkomaniyanın yayılmasına mənəvi aclıq və psixoloji empati bacarığının olmaması təkan verir”.

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı ölkədə narkomaniyaya qarşı aparılan profilaktik, maarifləndirmə və digər tədbirləri PİA.az-a şərh edərkən qeyd edib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il dekabrın 31-nə olan məlumatına əsasən, Mərkəzdə 31 min 432 nəfər qeydiyyatda olub. Onlardan 26 min 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.

Həmçinin bildirilib ki, həmin şəxslərdən 626 nəfəri qadın, 227-si toksikoman, 21 min 872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

Cari ilin doqquz ayında 3947 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 2091 nəfərdə narkotikdən istifadə aşkarlanıb. Onlar müvafiq qeydiyyata götürülüblər.

Bunlar təbii ki, rəsmi narkomanlardır. Amma onu da bilirik ki, əslində Azərbaycanda narkotik maddələrdən istifadə edənlərin sayı dəfələrlə çoxdur. Hazırda narkomaniyaya qarşı aparılan profilaktik, maarifləndirmə və digər tədbirlər qaneedicidirmi? Ölkədə bu qədər narkomanın olması hansı amillərlə bağlıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızına müraciət edib.

Fərqanə Mehmanqızı: “Bu gün yeniyetmələr mənəvi aclıqdan dolayı özlərinin də mənasını bilmədiyi “azadlıq” eşqinə düşürlər”.

Narkomaniyanın qarşısını tam almağın mümkün olmadığını vurğulayan psixoloq PİA.az-a açıqlamaslnda əlavə edib ki, müəyyən limit səviyyəsində narkomaniyanın qarşısı alınmalıdır və bunun üçün maarifləndirmə tədbirlərini məktəblərdən başlamaq lazımdır:

“Ölkədə narkomaniyaya qarşı maariflэndirmə işləri dövlət vvə qeyri-hökumət təşkilatları tərəfindən aparılır. Bu maarifləndirmə tədbirlərinin bəzilərində bizlər də iştirak edirik. Amma görülən tədbirlər bəs deyil. Bəs olmadığına görə də bu gün narkomaniyanın qarşısı tam alına bilməyib.

Kütləylə işlədiyimizə görə deyə bilərəm ki, narkomaniyanın qarşısın tam almaq mümkün deyil. Amma müəyyən limit səviyyəsində narkomaniyanın qarşısı alınmalıdır və bunun üçün maarifləndirmə tədbirlərini məktəblərdən başlamaq lazımdır. Bu gün cəmiyyətə baxanda görürük ki, cəmiyyətdə aqressiya, “azadlıq” istəyi daha çoxdur. Buna görə də maarifləndirmə işlərinə nəzarət daha da gücləndirilməlidir.

Fərqanə Mehmanqızı: “Bu günün gənclərinə qarşı həm dövlət, həm də ailə sevgisi artırsa, düşünürəm ki, narkomaniya ilə mübarizəni daha da gücləndirilmiş sayarıq”.

Bu gün yeniyetmələr mənəvi aclıqdan dolayı özlərinin də mənasını bilmədiyi “azadlıq” eşqinə düşürlər. Bu cür hallar yaşanmasın deyə ailədə nəzarət güclnməlidir, sevgi qayğısı artmalıdır. Bu günün gənclərinə qarşı həm dövlət, həm də ailə sevgisi artırsa, düşünürəm ki, narkomaniya ilə mübarizəni daha da gücləndirilmiş sayarıq.

Bir daha qeyd edim ki, gənclər arasında narkomaniyanın yayılmasına mənəvi aclıq və psixoloji empati bacarığının olmaması təkan verir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar