Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

Gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasını davam etdirən “Nar”, “Ümid” İdman Klubuna dəstək olacaq

Mobil operator klub üzvlərinin Paralimpiya Oyunlarına lisenziya qazanması üçün Avropa və dünya yarışlarına hazırlaşmasına öz töhfəsini verəcək. Bundan başqa, “Nar” idmançıların 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirakına da dəstək olacaq. Layihə çərçivəsində klub idmançılarına lazım olan təchizatı və digər xərcləri “Nar” təmin edəcək.

Qeyd edək ki, 2008-ci ildə yaradılan “Ümid” İdman Klubu atletika, üzgüçülük, cüdo və uşaq şahmatı idman növləri üzrə ixtisaslaşıb. Bu müddət ərzində “Ümid” İdman Klubunda ölkə, Avropa və dünya çempionları və Olimpiya Oyunlarının finalçıları yetişib. Eyni zamanda, klub idmançıları 2012-ci ildən paralimpiya atletika və üzgüçülük növlərində Avropa, Dünya Çempionatlarının və Paralimpiya oyunlarının qızıl, gümüş, bürünc medallarını qazanıblar.

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq gənclərə və idmana hər zaman dəstək olur. Əsas məqsəd peşəkar idmanla məşğul olan gənclərin və yeniyetmələrin, eyni zamanda fiziki məhdudiyyətli idmançıların dünya miqayasında Azərbaycanı təmsil etməsinə dəstək olmaqdır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Video, Foto, Yenilənib

"Azərbaycanfilm"-ə məxsus torpaq sahəsini özəlləşdirilməsinə icazəni Əbülfəs Qarayev veribmiş

Lukaşenko hansı səbəblərdən Rusiya ilə yollarını ayırmaq istəyir?

“Niyə adamlar vəzifəyə gedəndə insanlığı düşürüb itirirlər?!” – Sahil Babayevin müavininə sərt tənqid

Gültəkin Hacıbəyli: “Karantinin uzanması bizə sərf edir” - Video

Nazirdən qeyri-ərzaq malları mağazalarının fəaliyyətinin bərpası ilə bağlı mühüm açıqlama

Ermənistan parlamentində deputatlar arasında “Dayı” sözünə görə dava düşdü - Video

Sərt karantin rejiminin hökm sürdüyü ərazilərə gediş-gəliş qaydaları açıqlanıb

"Fəttah dayı oğlanlarımın nişanında və toyunda ağsaqqal olub" - Aqil Abbas

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay