Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu

Ölkədə elm və təhsilin inkişafına, xüsusən də informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsinə önəm verən “Nar”, “ADA” Universiteti ilə əməkdaşlığını davam etdirir...

Bu dəfə mobil operator akademik göstəricilərinə görə fərqlənən tələbələrə təqaüdlər verib. Oktyabrın 10-da “ADA”-da keçirilən “Akademik Mükəmməllik Günü”ndə Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Lütfi Zadə” adına təqaüdü qazananların adları açıqlanıb. Qeyd edək ki, tələbələr növbəti semestrin təhsil haqqına 100% güzəşt əldə edirlər.

“Nar” və “ADA” Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında “ADA” Universiteti Fondu ilə əməkdaşlıq, Universitetin tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, ADA ixtisasartırma proqramlarına “Nar” əməkdaşlarının cəlb edilməsi də mövcuddur.

Ölkənin ən gənc mobil operatoru “Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar