Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” həkimlərə rabitə dəstəyini davam etdirir

“Nar” koronavirus (COVID-19) infeksiyasının daha da artdığı dövrdə virusla mübarizə aparan həkimlərə növbəti dəfə rabitə dəstəyi göstərib. Mobil operator Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahı əsasında virusa yoluxmuş insanların müalicəsi ilə məşğul olan bir sıra xəstəxanaların həkimlərinin nömrələrinin balansına 50 AZN yükləyəcək. Məqsəd tibb personalının koronavirus infeksiyasına yoluxmuş şəxslərlə və onların yaxınları ilə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir.

Qeyd edək ki, bundan əvvəl də mobil operator virusla mübarizə aparan tibb personalının “Nar” nömrələrinin balansını artırıb. O cümlədən xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. Xatırladaq ki, “Nar” koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə bir sıra sosial layihələrdə iştirak edib. “Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8 700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar