Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” Azərbaycanın rəqəmsal inkişafına töhfə verməyə davam edir

Azərbaycanın milli internet mükafatının qalibləri müəyyən edilib

Azərbaycanda hər zaman informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafını dəstəkləyən “Nar”ın tərəfdaşlığı ilə baş tutan “NETTY-2019” - Azərbaycanın milli internet mükafatının qalibləri müəyyən edilib.

Belə ki, il ərzində keyfiyyətli məzmununa, istidafədəçiyə yararlılığına görə “Dövlət” nominasiyasında “intangible.az” saytı, “Təhsil və Elm” nominasiyasında “Bildilçin” tətbiqi, “Mədəniyyət və Yaradıcılıq” nominasiyasında “shekiculture.az”, ən yaxşı sosial səhifə nominasiyasında “Asan Viza” “Facebook” səhifəsi qalib olub. Digər nominasiyaların qalibləri ilə “netty.az” saytında tanış ola bilərsiniz.

Nominasiyalar üzrə qaliblər Ekspert Şurasının və virtual münsiflər heyətinin seçiminə əsaslanaraq “NETTY Akademiyası” final səsverməsi zamanı müəyyən edilib. Bundan başqa, müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də müKafatlar təqdim edilib.

“İnternet və ümumilikdə, İKT həlləri gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilib. “NETTY” milli internet mükafatının əsas məqsədi ölkəmizdə bu sahə üzrə ən qabaqcıl və keyfiyyətli informasiya resurslarını və layihələrini müəyyən edərək onların inkişafına təkan verməkdir. Biz eyni zamanda informasiya mədəniyyətinin cəmiyyətdə artırılması, əhalidə informasiya texnologiyaların populyarlaşdırılmasını hədəfləyirik.

Rəqəmsallaşma dövründə bu cür mühüm bir tədbirin keçirilməsində bizə dəstək olduğu üçün “Nar”a təşəKkür edirik“, - deyə “NETTY” milli internet mükafatının təşkilat komitəsinin sədri Ruslan Novruzov bildirib.

Qeyd edək ki, “Nar” KSM strategiyası çərçivəsində artıq ikinci ildir ki, “NETTY” milli interet mükafatının əsas dəstəkçisidir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

pia.az


Etiket: Nar mobile

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar