Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85 faiz artıb

Bütün ölkə ərazisini sürətli və keyfiyyətli şəbəkə ilə əhatə edən “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır...

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil operatorun aktiv 4G istifadəçilərinin sayı 85% artaraq 875 min nəfəri ötüb.

Quraşdırılan baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi 67% artıb. 4G smartfon penetrasiyasının artımı, LTE və LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar “Nar”ın 4G istifadaçilərinin sayının artmasına səbəb olub.

“Nar”ın LTE texnologiyalı baza stansiyalarını paytaxtla yanaşı, bölgələrdə, hətta ən ucqar kəndlərdə belə genişləndirməsi sayəsində 4G internetindən istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 101% artıb. Bununla da 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.

Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Qeyd edək ki, “Nar”ın 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5 %-ni əhatə edir.

Mobil operatorun şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

pia.az


Etiket: “Nar” 4G


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar