Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı

“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı

Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib. Belə ki, “Nar”-ın sərfəli internet paketləri sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 60% artım qeydə alınıb. İnternet istifadəçilərinin sayının artmasına mobil operatorun təklif etdiyi tariflər vəpaketlər, ölkə ərazisində quraşdırılan baza stansiyalarının sayının artması, eləcədə 4G smartfon penertasiyasının artımı təsir edib.

Bu ilin birinci rübü ərzində mobil operatorun müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində də artım müşahidə olunub. Müstəqil araşdırma şirkətləri tərəfindən aparılan sorğuların nəticələrinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisdə “Nar” abunəçilərinin sayı 12% artaraq, 2,2 milyondan çox olub. Cari ilin ilk üç ayı ərzində mobil operator paytaxtla yanaşı, bölgələrdə də şəbəkəsini gücləndirməkdə davam edib. Son 3 ay ərzində ölkə ərazisində 25-dən artıq yeni 3G və 4G baza stansiyası quraşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mini keçib.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar