Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Namizədlərə pulsuz efir vaxti verilməyə bilər

Sabahdan etibarən fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası start götürəcək...

PİA.az xəbər verir ki, namizədlərə kampaniya zamanı pulsuz efir vaxtı və mətbuatda yer verilməyə bilər. Bu da səbəbsiz deyil. Seçki qanunvericiliyinə görə siyasi partiya və ya blokların 60-dan çox dairədə namizədi olduqda namizədlərə pulsuz efir vaxtı və mətbuatda yer verilir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) istisna olmaqla digər siyasi partiyalar və bloklar 60-dan çox dairədə namizəd irəli sürməyiblər, yaxud da onların qeydə alınmış namizədələrinin sayı 60-dan azdır.

Yada salaq ki, 2015-ci ildə də namizədlərə pulsuz efir vaxtı və mətbuatda yer ayrılmamışdı. Həmin vaxt Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bunu belə izah etmişdi:

“Pulsuz təşviqata imkanı qanun o halda tanıyır ki, xüsusi subyekt statusu əldə edilmiş olsun, yəni siyasi partiya və ya blok tərəfindən ölkədə mövcud olan seçki dairələrinin 60-dan çoxunda namizəd qeydə aldırmış olsun. Başqa sözlə, bir partiyanın, blokun 60-dan çox namizədi varsa, bu imkandan istifadə edə bilər. Bizim təcrübə göstərir ki, Yeni Azərbaycan Partiyasından başqa 60-dan çox namizəd qeydə aldırmaq, bu cür potensiala malik olan partiyalar yoxdur. Yeni Azərbaycan Partiyası da könüllü şəkildə bu pulsuz təşviqatdan imtina edib. Nəticə etibari ilə bu partiyadan başqa pulsuz efir vaxtı və mətbuatda dərc yerinin alınması hüququna malik subyekt yarana bilmir".

Bu dəfə də oxşar halın təkrar olunacağı gözlənilir.(Yenisabah.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar