Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Namizədlər arasında adı adam oğurluğunda hallanan partiya sədri də varmış...

Məlimata görə “Azad Respublikaçılar” partiyası formal fəaliyyət göstərir və kriminal dairələrlə əlaqəli olan Kamil Seyidov özünü partiya sədri elan etməklə əslində özü üçün siyasi immunitet yaradıb...

62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidovun adı adam oğurluğunda hallanıb.

PİA.az xəbər verir ki,, bu barədə 2013-cü ildə musavat.com məlumat yayıb. Yayılan məlumatda bildirilir ki, R.Hüseynov və qardaşı Oqtay Hüseynov “Azad Respublikaçılar” partiyasının sədri Kamil Seyidovla birgə Moskvada fəaliyyət göstərən iş adamı Vahid Əzizovu oğurlatdırmaları və bunun qarşılığında onun ailəsindən 115 min manat pul tələb etmələri ilə bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.1 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb və iş adamını oğurlayan dörd nəfər: Roman Bağırov, Elvin Əzizov, Bəhruz Qafarov və Fazil Ağayev həbs olunublar. Bu şəxslərə 4-5 il müddətinə azadlıqdan məhrumetmə cəzası da kəsilib. Lakin V.Əzizov bu işin arxasında əslində Hüseynov qardaşlarının və Kamil Seyidovun olduğunu bildirərək yenidən şikayət ərizələri yazıb, həmçinin məhkəmənin ədalətsiz keçirilməsinə dair iddia qaldırıb.

Məlumatlara görə “Azad Respublikaçılar” partiyası formal fəaliyyət göstərir və kriminal dairələrlə əlaqəli olan Kamil Seyidov özünü partiya sədri elan etməklə əslində özü üçün siyasi immunitet yaradıb.

Qeyd edək ki, Kamil Seyidov haqqında redaksiyamıza daxil olan məlumatları araşdırırıq. Əlavə məlumat veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar