Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Namizəd Xızının başçısını seçkilərə müdaxilə etməkdə ittiham etdi - Mehriban Əliyevaya müraciət

Namizəd Əzimağa İbrahimov: “Görüşümə gələnlərə ərazi icra nümayəndələri vasitəsilə təzyiqlər edilir və “qutudan Əzimağa çıxmamalıdır”, deyilir”...

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Əzimağa İbrahimov seçki dairəsinin Xızı rayonu üzrə hissəsində icra hakimiyyətinin onun təbliğat və təşviqatın aparmasına mane olması ittihamı ilə çıxış edib. PİA.az Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış müraciəti ictimaiyyətin diqqətinə təqdim edir:

Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya

Deputatlığa namizəd İbrahimov Əzimağa tərəfindən

MÜRACİƏT

Hörmətli Mehriban xanım

Millət vəkilliyinə namizəd olduğum 44 saylı Sumqayıt-Xızı seçki dairəsində Xızı rayonu üzrə hissədə təbliğat və təşviqatıma Xızı rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən ciddi maneələr yaradılır. Görüşümə gələnlərə ərazi icra nümayəndələri vasitəsilə təzyiqlər edilir və “qutudan Əzimağa çıxmamalıdır” deyə büdcə təşkilatları və İcra hakimiyyətinə tabe struktur əməkdaşlarına tapşırıqlar verilir mütəmadi olaraq.

Xahiş edirəm ciddi qanuni tədbirlər görülməsinə və bu qanunsuz halların aradan qaldırılmasına tapşırıq verəsiz. Mən əslən Xızı rayonundanam və ata babalarımın vətənində mənə qarşı belə bir haqsizlıq edilməsi mənə həm də mənəvi əzab verir.

Ölkədə Sizin rəhbərliyiniz altında böyük islahatlar keçirilir. Biz də seçkilərə Sizi qarant olaraq görüb qoşulmuşuq və əminik ki hər bir namizədin hüquqları pozularsa müraciət edə biləcəyi ünvan Cənab Prezident və Birinci vitse-prezidentdir.

Dəfələrlə Sizin tərəfinizdən seçkilərin ədalətli keçirilməsi barədə göstərişlər verilməsinə baxmayaraq Xızı rayon İcra Hakimiyyətinin Başçısı şəxsi qərəzlik və ədalətsizlik edərək mənim seçki marafonuma ciddi maneələr yaradır.

Mənim 7 nəslim və ondan da yüz illər geriyə əslim Xızı rayonundandır. Bu ərazini heç tanımayan və aidiyyəti olmayan, lakin Yeni Azərbaycan Partiyasının siyahısına salındığı üçün süni yollarla qalib olunmağa çalışdıqları bir şəxsin Xızıdan məcburi olaraq deputat seçdirilməsi məqsədilə mənə qarşı diskriminasiya ədalətsizlikdir.

Xahiş edirəm mənim seçki hüqüqlarımın pozulmasının qarşısının alınması və bu rayonda ədalətli seçki keçirilməsi üçün göstəriş verəsiniz.

Hörmətlə,
44 saylı Sumqayıt-Xızı seçki
millət vəkilliyinə namizəd İbrahimov Əzimağa”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar