Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Namizəd seçicilərə ərzaq payladı, MSK hərəkətə keçdi - Video

Deputatlığa namizəd Tural Zeynalov barəsində MSK-nın "Qaynar Xətt"inə müraciət daxil olub...

PİA.az xəbər verir ki, 99 saylı Şəmkir Seçki dairəsindən namizədliyini irəli sürən Tural Zeynalovun isə ənənəvi qaydalardan kənara çıxaraq seçicilərə ərzaq payladığı məlum olub. Belə ki, yayılan video görüntülərdə deputatın hazırlatdığı ərzaqlar nümayiş olunub. Təbliğat kompaniyası çərçivəsində vədlər vermək, platforması ilə seçiciləri tanış etmək, məlumat vermək təbii hallar sayılsa da, seçicilərin səslərini bu cür almaq qanunvericilikdə qadağan olunur.

Qeyd edək ki, MSK-dan da məsələyə reaksiya gecikməyib. MSK sədr müavini Rövzət Qasımov bu barədə məlumat yayıb. O qeyd edib ki, namizəd barəsində xoşagəlməz hallar barədə onlara məlumat daxil olub:

"Onun Seçki Məcəlləsinin tələbini pozması, seçicilərə ərzaq paylaması barədə "Qaynar Xətt"ə müraciət olunub.

Namizəd özü də internet səhifəsində bununla bağlı videomüraciət ünvanlayıb və bildirib ki, 71 aztəminatlı ailəyə ərzaq paylayacaq. Onun bu cür halları hələ də davam edir. Hələlik bu məsələni hüquqi müstəviyə qaldırmırıq. Hesab edirik ki, namizədlər bir- birinə ədalətli mövqe sərgiləməlidir. Öz platformalarıyla seçicilərin səsini qazanmalıdırlar".

MSK sədri Məzahir Pənahov bildirib ki, bu namizədlə bağlı məsələ araşdırılsın və ona xəbərdarlıq edilsin.(Yeni Sabah)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar