Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Muxtar Babayevin diqqətinə: İşçilərin mükafatları mənimsənilir

Son zamanlar meşələrin qırılması ilə gündəmdə olan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı daha bir qanunsuz məlumat yayılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işində nöqsanlara yol verməyən və inzibati tənbehi olmayan işçilərə ayrılmış 1 (bir) aylıq vəzifə maaşı məbləğində mükafatlar həmin mərkəzdə iki nəfər tərəfindən – direktor Mustafa Əhmədov və direktor müavini Umud Babayev tərəfindən işçilərdən alınaraq mənimsənildiyi iddia olunur. İddialara görə, mükafat yazılan zaman onlar özlərinə sərf edən (pulu ala bildikləri adamlar – red.) işçilərə və özünün yaxın qohumlarına yazdırır. Həmin işçilər pulu aldıqları zaman onlara müəyyən məbləğini verirlər.

Məlumatda qeyd olunur ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər şəxslərinin telefon danışıqları müvafiq orqanlar tərəfindən araşdırılsa onda onların işçilərdən hansı yollarla rüşvət istədikləri açıq-aydın sübuta yetiriləcək.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindən AzToday.az-a daxil olan başqa bir məlumatda isə bildirilir ki, işçilərin noyabr ayına olan maaşı da vaxtında verilməyib. Belə ki, Mustafa Əhmədov və Abuturab Bağırov bunu cərimələrin ödənilməməsi ilə izah edib. Halbuki cərimə yazılan işçilərə görə, onlarla işçinin maaşının gecikdirilməsi də normal məntiqlə izah oluna bilməz. 155 nəfərlik işçisi olan Mərkəz rəhbərliyinin bu cür addımları işçilər arasında narazılığa səbəb olub. Həmçinin mükafatlar məsələsində yol verilən qanunsuzluqlarla bağlı da Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tədbir görülməsini tələb edirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket: Muxtar Babayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar