Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müxalifətçinin qızını alsan, obyektini dağıdacam” - Saatlının icra başçısından biabırçı addım

Son dönəmlər prezident İlham Əliyev ölkədə bir çox sahədə islahatlar həyata keçirir

Prezident dəfələrlə rayonlara səfərlər edir, insanlarla görüşür.

Şamaxıda baş verən zəlzələ zamanı da prezident rayona səfərlər edərək, evləri dağılmış insanlarla görüşdü, şəhid ailələrini qəbul etdi. Daha sonra isə siyasi məhbusların azadlığa çıxması ilə bağlı əfv sərəncamı imzaladı.

Lakin təəssüflər olsun ki, ölkə prezidentinin apardığı islahatlar fonunda rayon icra başçıları özlərini yenə də padşah kimi apararaq, islahatlara ləkə salmaqla məşğuldur.

Yenicag.az-a daxil olan məlumata görə, Saatlı Rayon İcra Hakimiyyəti “Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadırın qardaşı, AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toyuna mane olur.

Belə ki, Şamil Hacıbəyli Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək istəyib. Restoran rəhbərliyi ilə də razılaşıb. Bundan xəbər tutan rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun görtərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada olmasına mane olurlar.

İcra hakimiyyətindən şadlıq sarayı rəhbərliyinə bildirilib ki, əgər Şamil Hacıbəylinin qızının toyu o restoranda olacaqsa, oranı onun əlindən alacaqlar.

Bundan sonra Şamil Hacıbəyli qərar verib ki, toyu öz həyətində etsin. İcra hakimiyyəti bu dəfə daha da irəli gedib. Şamil Hacıbəylinin qızının qaynatasını icra hakimiyətinə çağırtdırıblar və onu orada hədələyiblər. Ona bildiriblər ki, Şamil Hacıbəylinin qızı ilə oğlunun nikahını pozdursun. Əgər pozdurmasa, onun rayondakı dəmirçi sexini söküb, dağıdacaqlar. Buna baxmayaraq, toy Şamil Hacıbəylinin həyətində baş tutub.

Saatlı rayon icra hakimiyyəti başçısının etdiyi bu əməl insanlıq adına ləkə ilə yanaşı, ölkə rəhbərliyinə, təmsil etdiyi hakimiyyətə xəyanətdir. Bəlkə də, kimlərinsə sifarişini yerinə yetirməkdir. Xaliq Bahadırın köşə yazarı, Şamil Hacıbəylinin də AXCP rayon şöbəsinin sədri olması və məsələni ictimailəşdirəcəyi nəzərə alındıqda, baş verənlərə qarşı ölkə rəhbərliyinin tənqid hədəfinə çevriləcəyi aşkardır. Bu halda icra hakimiyyətinin nələrə və kimlərə xidmət etməsi aydın görünür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar