Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət parlament seçkilərində iştiraka meyllidir

Növbədənkənar parlament seçkilərində iştirak və ya boykot məsələsi müzakirə edilib...

Bu gün Müsavat Partiyasının mənzil-qərargahında aparıcı müxalifət partiyaları Milli Məclisin dekabrın 1-dən özünü buraxması ilə əlaqədar Konstitusiya Məhkəməsinin qərarından sonra elan edilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirak və ya boykot məsələsini müzakirə ediblər. Tədbirdə ekspertlər də iştirak ediblər.

Bunlar ilkin müzakirələr olub və AXCP, Müsavat, REAL, Haqq Ədalət partiyaları iştirak ediblər.. Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, müxalifət qüvvələrinin dairəsinin genişlənəcəyi istisna deyil, çünki müzakirələr üçün açıqdır.

Onun sözlərinə görə, hakimiyyət yaxın aylarda seçki keçirməyə hazırlaşır, lakin seçkinin demokratikliyinin təmin edilməsi üçün heç bir islahat aparmayıb. A.Hacılının fikrincə, hakimiyyət seçkilər üçün normal şərait yaratmayaraq müxalifəti seçkini boykota məcbur edir.

Haqq Ədalət Partiyasının rəhbəri Əli İnsanov hesab edir ki, bütün siyasi qüvvələr vahid mövqedən çıxış etməlidir. Normal şərait yaradılsa seçkilərdə iştirak etməyə dəyər və müxalifətin qalib gəlmək şansı olar.

AXCP sədrinin müavini Seymur Həzi hesab edir ki, onun partiyası seçkilərdə iştirakın əleyhinə deyil, eyni zamanda hesab edir ki, ən azı minimum şərtlər yerinə yetirilməlidir.

REAL partiyasının icraçı-katibi Natiq Cəfərli hesab edir ki, seçkilərdə iştirakın alternativi yoxdur, odur ki, xalqı kütləvi iştiraka cəlb etmək lazımdır.

“Hakimiyyətə gəlməyin yolu seçkilərdən keçir, ona görə də seçkilərdə iştirak vacibdir. Amma bundan sonra seçki komissiyaları, məcəllə dəyişməyəcək. Fevral-mart aylarında seçki baş tuta bilər”, - icra katibi bildirib.

N.Cəfərliyə görə, boykotun legitimliyə problem yaradacağı mümkün deyil, odur ki, xalqı seçkilərə hazırlamaq lazımdır: “Indi hakimiyyət istəyir ki, heç kim seçkilərə getməsin, rahat saxtalaşdırsınlar. Hamını seçkilərə cəlb etmək laızmdır, bunun başqa yolu yoxdur”, -N.Cəfərli vurğulayıb.

Ümumilikdə, çıxışçıların əksəriyyəti əlverişsiz seçki mühitinə, seçki komissiyalarına hakimiyyət tərəfindən nəzarətə, sərbəst toplaşmaq azadlığına qadağalara və digər məhdudiyyətlərə baxmayaraq, seçkilərdə iştirakı vacib hesab ediblər.

“Dəyirmi masa” iştirakçıları qarşıdakı parlament seçkiləri ilə bağlı hər bir siyasi qüvvənin mövqeyinin müəyyənləşdirilmək üçün məsləhətləşmələrin davam etdirilməsinə qərar veriblər. İlk növbədə, Venesiya Komissiyasının və digər strukturların tövsiyələri nəzərə alınaraq seçki qanunvericiliyinə dəyişikliklər müzakirə olunacaq və təklif ediləcək. Seçkilərdə iştirak etmək qərarına gələn partiyalar seçki komissiyalarının tərkibinə yenidən baxılmasına və hamı üçün bərabər şəraitin təmin olunmasına çalışacaqlar.(yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar