Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mütəxəssis: “Qaydalara tam əməl olunmasa, koronavirusa yoluxma daha da arta bilər"

"Növbəti həftələrdə koronavirusa yoluxma sayında artım görə bilərik. Bunun baş verməməsi üçün qaydalara tam əməl etmək lazımdır”.

Bunu APA-ya TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib. O bildirib ki, bu aralar insanların qaydalara əməl etməsində müsbət dinamika var: “Amma qaydalara mütləq şəkildə tam əməl olunmalıdır. Hazırdakı göstəricilər 10-14 gün əvvəl qaydalara əməl olunmaması nəticəsində ortaya çıxıb. Bu gün qaydalara nisbətən əməl olunmasının dinamikasını növbəti həftələrdə görəcəyik".

N. Əliyev qeyd edib ki, PZR testləri koronavirusa yoluxma olduğu halda ilk 7 gün ərzində pozitiv göstərir: "Koronavirusun ilk 7 gündə həssaslıq dönəmi keçdikdən sonra cavab neqativ çıxa bilər. Amma virus orqanizmdə qala, ağciyərlərdə ola və patologiyalar törədə bilər. Koronavirus üçün yaxma götürülərkən qaydalara mütləq şəkildə əməl olunmalıdır. Əgər eyni gündə verilən testlərin cavabı müxtəlif çıxıbsa, demək ki, yaxma düzgün götürülməyib".

İşçi qrupun üzvü vurğulayıb ki, gigiyena qaydalarına əməl olunarsa, iki həftə ərzində yoluxma sayında azalma olacağını ehtimal etmək olar: "Hazırda mövsümi qriplə koronavirusu ayırmaq çox çətindir. Demək olar ki, bütün respirator virus infeksiyalarında əlamətlər oxşardır. Hazırda koronavirusu yalnız test verməklə ayırmaq olar. Təngnəfəslik və boğulma varsa, mütləq şəkildə COVID-19 testi vermək lazımdır".

Həkim bildirib ki, hazırda gözləməli olduğumuz əsasa qaydalar kütləvi yerlərdən uzaq durmaq, şəxsi gigiyena, fərdi izolyasiya qaydalarına əməl etmək, ictimai nəqliyyatda ara məsafəsini gözləmək, zərurət olmadığı halda küçəyə çıxmamaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar